Məktəblilər Qarabağda törədilən soyqırımları haqqında maarifləndirilib

 

Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə "Şuşa İli” çərçivəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində maarifləndirici görüşlər keçirilib.
 Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçirilən görüş "XX əsrdə Qarabağda baş vermiş soyqırımları” mövzusunu əhatə edib. Görüşdə kompleksin əməkdaşları Sübhan Talıblı, Abutalib Turabov, məktəbin direktoru Sevinc Niftiyeva, təhsil ocağının kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin fəaliyyəti barədə məlumat verilib, azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı soyqırımı nəticəsində minlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyi, on minlərlə azərbaycanlının isə böyük qəddarlıqla qətlə yetirildiyi arxiv sənədlərini göstərməklə məktəblilərin diqqətinə çatdırılıb.
Digər görüş isə Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə "XX əsrdə Qarabağda tarixi, mədəni və dini abidələrə qarşı erməni vandalizmi” mövzusunda təşkil olunub.
Məktəbin direktoru pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Qənirə Əmircanova şagirdlərin maarifləndirilməsində tariximizin unudulmaması üçün təşkil olunan belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları bildiriblər ki, erməni təcavüzünün qurbanı olmuş dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumat toplamaq çox çətindir. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycana köçürülən ermənilər müxtəlif vaxtlarda torpaqlarımızı, sonra orada yaşayan soydaşlarımızı, daha sonra isə minlərlə tarixi abidələrimizi işğala məruz qoyaraq məhv ediblər.
Tədbirlərin sonunda kompleks əməkdaşları tərəfindən təhsil ocaqlarının rəhbərliyinə, fərqlənən şagirdlərə təşəkkürnamə, sertifikatlar, kompleksin fəaliyyətinə aid kitab və müxtəlif adda çap məhsulları təqdim olunub.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər