Gündəm / Cəmiyyət / Səhiyyə
13.10.2022, 12:19
İTSDA xəstəxanalarda "Adrenalin" çatışmazlığı ilə bağlı xəbərlərə münasibət bildirib
Tibb müəssisələrində "Adrenalin" çatışmazlığı ilə bağlı Agentliyə müraciət daxil olmayıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib.
Qeyd edilib ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən Agentliyə təqdim olunan müraciət əsasında cari il ərzində "Adrenalin" dərman preparatının təchizatı təmin edilib.
"Hazırda sözügedən tibb müəssisələri tərəfindən adı çəkilən dərman vasitəsinin çatışmazlığı ilə bağlı Agentliyə heç bir müraciət daxil olmayıb", açıqlamada deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay