Baş prokuror Kamran Əliyev Gəncəyə səfər edib. APA-nın yerli bürosunun məlumatına görə, Baş prokuror Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan əraziləri ziyarət edib. Kamran Əliyevin Gəncədə vətəndaş qəbulu keçirməsi gözlənilir.