Vüsal Kərimlinin rəhbərliyi altında maliyyə dərəbəyliyi -
 
Bakı Nəqliyyat Agentliyindən narazılıqlar haqqında dəfələrlə yazmışıq. Hətta aylar öncə, ölkə başçısı cəmiyyətin kütləvi narazılıqlarına səbəb olan agentliyi Bakı Şərə İcra Hakimiyyətinin tabeliyinə verərək, bu narazılıqları qismən də olsa azaltmağa çalışdı. Amma görünən odur ki, agentliyin qanunsuz əməlləri hələ zamanla üzə çıxacaq.
Qeyd edək ki, bir neçə gün öncə, Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib. Amma nə qədər qəribə olsa da, BNA dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu 7,5 milyon manatı "BakuBus” MMC-yə ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə? Bu "niyə" sualına isə BNA rəsmisi cavab verə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin sözügdən qərarında bu vəsaitin BNA tərəfindən daşıyıcı şirkətlərə ayrılması qeyd edilsə də, agentlik bu vəsaiti öz təşkilatı hesab edilən BakuBus-a ayırıb. Yəni verilən vəsaiti sağ cibdən sol cibə ötürüb. Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında göstərilir ki, həyat əhəmiyyətli, həyata vacib sərnişindaşımada inkişaf, onların dayanıqlılığını təmin etmək, yəni onların xərclərini azaltmaq, təmir və digər məsələlərə qarşılamaq məqsədilə o pul ayrılıb. Maliyyə Nazirliyi o vəsaiti Bakı Nəqliyyat Agentliyinə köçürüb. Bakı Nəqliyyat Agentliyi də özbaşına olaraq belə qərar qəbul edib ki, bu pulun hamısı BakuBus-a verilməlidir. Bütün vəsait BakuBus-a verilib. Məqsəd nədir, onların burada nə marağı olub və s. bu kimi məsələlər araşdırılmalı və müəyyən edilməlidir ki, niyə BakuBus-a köçürülüb. Axı sənəddə qeyd edilməyib ki, vəsaitin hamısı BakuBus-a köçürülməlidir. Həmin vəsaiti daşıyıcı şirkətlərə köçürmək lazım idi. Hamısına bərabər şəkildə verilməli idi. Hesablanmalı idi, kimin payı nə qədər idisə, köçürülməli idi. Amma BNA həmin vəsaiti BakuBus-a köçürüb. BakuBus inkişaf etməli idi, etməyib. BakuBus-ın 500-ə yaxın avtobusu qarajlarda "yatır”...

"Həm pul BakuBus-a köçürülb, həm də şirkət çökür. Əgər BakuBus 7,5 milyon aldığına rəğmən çökürsə, özəl şirkətlərin bir durumuna nəzər salın. İndi görün onlar nə vəziyyətdədirlər. Bu məsələləri düşünmək, buna uyğun addım atmaq lazımdır. Belə olmaz. Bu ögey münasibət nəyə və kimə lazımdır ki? Bakı Nəqliyyat Agentliyi BakuBus-a öz təşkilatı kimi baxır. Dövlətindir, bizimdir, əlimizə nə düşsə, yaxşısını ona verək. O biri şirkətlər özəldir, "ölsünlər, batsınlar, canları çıxsın”...

Belə yanaşma olar? Bu necə tənzimləyici quurmdur ki, öz maraqlarını güdür. Və yaxud da dövlət qurumunun maraqlarını güdür. Tənzimləyici qurum o deməkdir ki, hakim rolunu oynamalı, ədalətli yanaşmalısan.Ədalət prinsipindən çıxış etməlisən. Yoxsa 7,5 milyon manat köçür BakuBus-a ki,”get kef elə”. Bu birilərinə isə deyir ki, "gedi başınıza çarə tapın”,- deyə ekspert bildirib.

Belə... Dərindən araşdırılsa, bəlkə də BNA-nın hələ çox qanunauyğunsuz əməlləri ortaya çıxacaq. Bu gün Bakıda nəqliyyat sahəsində xaosun olması məhz bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər