Bakı Dövlət Universitetində milyonlar hara gedir?
 
Dünən Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsi ilə bağlı sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib. Bir çox elektron kütləvi informasiya vasitələrində də yayılan paylaşımda deyilir ki,

"Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq "təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.

Universitetin başqa bir tələbəsi isə etdiyi paylaşımda qeyd edir ki, "2700 ödəyirik. "Müəllim utanmasa illuminatidən (?-red) masonlardan danıçacaq. Dərs keçdiyimiz neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı, lövhə isə…”

Tələbələrin tutduğu bu iradlar və haqlı olaraq qoyduğu suallar hər kəsi düşündürməyə bilmir. Həqiqətən də. bu pullar hara gedir? Paylaşımlardan da göründüyü kimi, tələbələr o qədər də böyük, qlobal problemlərdən şikayətçi deyillər. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, kondisioner yoxdu, olanlardan da istifadə olunmur, neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı və sair. Göründüyü kimi bunlar adı problemlərdir. Bakı Dövlət Universiteti isə bu kimi kiçik məsələlərin həllinə hər il külli miqdarda vəsait ayırır.

Aktualinfo.org Bakı Dövlət Universiteti tərəfindən təhsil müəssisəsinin təmiri və avadanlıqların alınması üçün son illər satınalmalar yolu ilə ayırdığı vəsaitlər ətrafında araşdırma aparmışdır. Qeyd etdiyimiz kimi, araşdırmalardan da məlum olur ki, universitet hər il bir sıra xidmətlərin və malların satınalmasına külli miqdarda vəsait ayırır. Onlardan bəzilərini təqdim edirik.

Bakı Dövlət Universiteti üçün İKT avadanlıqları və aksesuarlarının satın alınması üzrə keçirilmiş tenderdə "AE UNION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 09.08.2022-ci ildə 1 131 138.47 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində xarici və daxili tərtibat işlərinin satın alınması üzrə keçirilmiş tenderdə "CİHAN REKLAM AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.07.2022-ci ildə 169 983.25 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması üzrə keçirilmiş tenderdə "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.07.2022-ci ildə 717 332.9 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində "Code Academy” tərəfindən tədrisin təşkili üçün xüsusi auditoriyaların hazırlanması, eləcə də İKT avadanlıqları və inventarların satın alınması üzrə keçirilmiş tenderdə "BESTCOMP GROUP” Qapalı Səhmdar Cəmiyyəti ilə 29.03.2022-ci ildə 488 654.52 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün mal-materiallar, avadanlıq, cihaz, mebel, inventar, ehtiyat hissələri və alətlərin satınalınması üzrə keçirilmiş tenderdə "AZECOLAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 23.02.2022-ci ildə 330 656.06 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin qazanxana bina və avadanlıqlarının,sanitariya qovşaqlarının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderdə "VEST-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.08.2021-ci ildə 172 601.81 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İKT avadanlıqlarının, aksesuar və ehtiyat hissələrinin satınalınması üzrə keçirilmiş tenderdə "İNFİNİTECH”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 1 387 920.24 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün inventarların satınalınması üzrə keçirilmiş tenderdə "İDEAL OFFİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 250 160 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin yataqxana binasının əsaslı təmiri işləri üzrə keçirilmiş tenderdə "STAR CONSTRUKTİON-12” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.07.2020-ci ildə 4 196 772.56 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Dəftərxana ləvazimatlarının alınması üzrə keçirilmiş tenderdə "A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.06.2020-ci ildə 333 180.32 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş tenderdə "Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti ilə 18.03.2020-ci ildə 272 320.7 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bunlar Bakı Dövlət Universiteti tərəfindən 2020-2022-ci illərdə təhsil müəsisəsində əsaslı təmiri işlərinin, İKT avadanlıqlarının aksesuar və ehtiyat hissələrinin, inventarların, təsərrüfat mallarının,mal-materiallar,avadanlıqların, satın alınması üçün ayrılmış vəsaitlərdir. Qoy tələbələr elə bilməsin ki, universitet bu məqsədlərlə vəsait ayırmır. Ayırır, həm də külli miqdarda. Göründüyü kimi təkcə 2020-2022-ci illərdə yuxarıda sadaladığımız işlərin satınalmasına ümumi olaraq 9 450 720 manat vəsait ayırıb. Bəs onda universitetin sinif otaqlarında nə üçün smart lövhələr yoxdu, kondisionerlər yoxdu və yaxud işləmir, otaqlarda qapıların qulpu niyə qırıq, pəncərələr niyə bağlanmır? Hara gedir bu ayrılan pullar?

Qeyd edək ki, yuxarıda göstərdiklərimiz Bakı Dövlət Universiteti tərəfindən keçirilmiş tenderlərin bir qismidir. Son illərdə universitet tərəfindən elmi konfransların keçirilməsinə, beynəlxalq tədbirlərin təşkilinə, mühafizə xidmətinin və bir çox işlərin satınalınmasına hər il külli miqdarda vəsait ayrılır. Onu da qeyd edək ki, "STAR CONSTRUKTİON-12”, "Stone Construction”, "VEST-LTD”, "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” kimi şirkətlər ayrı-ayrı adamların adına yaradılmış, amma bir nəfərə məxsusdur. Hansı ki, bu barədə dövrü mətbuatda kifayət qədər geniş məlumatlar var. Hansı ki, bu şirkətlər iş görməkdə deyil, "otkat” qaytarmaq üzrə püxtələşib və məşhurlaşıblar.

Məlum olduğu kimi Bakı Dövlət Universitetinə uzun illər Abel Məhərrəmov rektorluq edib. Sabiq rektorun bu təhsil ocağından yığdığı pullar vasitəsi ilə əldə etdiyi dəyəri milyonlarla manatla ölçülən obyektlər, mülklər, xarici ölkələrdəki evlər, barədə sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində demək olar ki, günaşırı yeni məlumatlar yayılır. Universitetin hazırki rektoru Elçin Babayev isə bu vəzifəyə 2019-cu ilin mart ayından təyin olunub. Cəmi üç ildir bu vəzifə başında oturmasına baxmayaraq görsənən odur ki, Elçin Babayev də sabiq rektorun yolu ilə getməyə üstünlük verir. Elə deyilsə, yuxarıda təqdim etdiyimiz tenderlərə ayrılan vəsaitlərin hara getdiyinə aydınlıq gətirsin. Bununla Elçin Babayev həm də tələbələrinin qaldırdığı suallara aydınlıq gətirmiş olacaq.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər