İsmayıllıda ibtidai icma şərtləri... - GİLEY
İsmayıllı rayonunun Qarabağ qəsəbəsinin yaxınlığında, təxminən yüzə yaxın ailənin yaşadığı yaşayış məhəlləsində ışıq, qaz, internet yoxdur.

TEREF.AZ bildirir ki, bunu Meydan TV-yə həmin məhəllənin sakini Nəriman Eyvaz oğlu Şükürov bildirib. Onun sözlərinə görə məhəllənin adı yoxdur.

"21-ci əsrdə biz işıqsız, qazsız, internetsiz ərazidə yaşayırıq. Yollar bərbad gündədir, təsəvvür edin ki, telefona kontur vurmaq üçün kilometrlərlə yol gedirik. Qışda vəziyyətimiz daha da çətinləşir. Qazandığımızı oduna, çör-çöpə xərcləyirik”,- şikayətci bildirib.

Nəriman Şükürov deyib ki, bəziləri qəsəbədən işıq, su, qaz xətti çəkməyə çalışır, amma bununla bütün məhəllənin problemini həll etmək mümkün deyil:

"Məhəllə çoxdan salınıb, yeni evlər tikilib. Amma kommunal xidmətlər olmadığından çox adam köçə bilmir. Əlacsızlıqdan yaşayanlar da əziyyət çəkir. Televizora baxa bilmirik, dünyada baş verən hadisələrdən kiminləsə ünsiyyətdə olandan sonra xəbər tuturuq. Sanki hansısa Afrika ölkələrindəyik”.

Məhəllə sakinləri deyirlər ki, "Azəriqaz”, "Azərişıq” və digər aidiyyatı orqanlara müraciət ediblər. Lakin onlara adsız məhəlləyə, qeydiyyatsız evlərə işıq, qaz xəttinin çəkilməsinin mümkün olmadığını bildiriblər.

Sakinlər deyirlər ki, qarşıdan qarlı qış gəlir. Yenə istiliksiz qalacaqlar. Kimi yaxınlıqdakı qohum-əqrabanın evinə sığınacaq, kimi də son qəpiyinə qədər oduna xərcləyəcək.

İsmayıllı Rayonu İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, həmin ərazidəki problemdən xəbərdardılar:

"O evlər bələdiyyə torpaqlarında tikilib. Orada əsasən məcburi köçkünlər məskunlaşmışdı. Sonradan kimlərsə də evlər tikiblər”.

İcra hakimiyyətindən yaxın bir neçə ildə əraziyə ışıq, qaz xəttinin çəkilib- çəkilməyəcəyi ilə bağlı sualı cavablandıra bilməyiblər.

"Azəriqaz” İstehsalat Birliyinin ” qaynar xətt” xidmətindən deyiblər ki, konkret ünvan deyilməsə, ərazinin qaz xətti çəkiləcək yaşayış məhəllərinin arasında olub-olmadığını söyləyə bilməyəcəklər. Ərazinin isə heç konkret ünvanı da yoxdur…

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər