KƏMALƏDDIN HEYDƏROVUN IŞÇILƏRINDƏN PREZIDENTƏ ŞIKAYƏT OLUNDU
 
 
Artıq bir neçə dəfədir ki, Şamaxı rayonunun Muğanlı kəndində yaşayan və 2014-cü ildən üz-üzə qaldıqları ədalətsizliyə, hər cür haqsızlığa, özbaşınalığa tab gətirə bilmədiyi üçün, bu ilin avqust ayında dünyasını dəyişən mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi ölkə gündəminə çıxartmışıq. Təəssüflər olsun ki, bugünə kimi nə qədər tənqidi məqalələr yazsaq da, problemlərin mahiyyətini qabartsaq da, tərəfimizdən aidiyyatı dövlət qurumlarına sorğu məktubları ünvanlasaq da, qeyd olunan problem həll olunmur ki, olunmur. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarında, ələlxüsus Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, nəzarətsizlik, xaos, hərcmərclik və s. hökm sürməkdədir. Əgər bu belə olmasaydı, o halda deryaz.az saytının redaksiyasından göndərilən məktublara vaxtlı-vaxtında cavab verilərdi, ünvanladığımız suallar doğru-düzgün cavablandırılardı. Qeyd edək ki, Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı bu ilin aprel ayında FHN-nə ünvanladığımız məktuba, 01 iyul 2022-ci il tarixdə Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş cavab verilib. Yaşanan problemlə bağlı 08 iyulda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız təkrar məktuba isə, uzun çəkçevirdən, günlərlə etdiyimiz telefon zənglərimizdən, müəyyən giley-güzardan sonra sentyabr ayının əvvəllərində cavab əldə edə bildik. Qeyd edək ki, istər aprel ayında, istərsə də 08 iyulda ünvanladığımız məktublara, bu Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş eyni məzmunlu cavablar verilib. Hər iki məktubun məzmunu eynidir, sadəcə olaraq tarix və nömrələr dəyişdirilib. Hansı ki, iyul ayının əvvəlində göndərdiyimiz məktubda bir neçə sual yazıb, baş verən problemlərlə bağlı konkret cavab əldə etmək istəyimizi qarşı tərəfə bildirmişdik. Çox təəssüflər olsun ki, geniş ictimaiyyət arasında kifayət qədər nüfuz sahibi olan Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarından birində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bu cür idarəçilik, bu cür yanaşma mövcuddur. Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, bu Nazirliyin tabeli qurumunda çəkilişi həyata keçirilmiş və bir neçə gün bundan öncə yayımlanmış intim olaylarına adi baxmaq gərəkdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, hərcmərclik, nəzarətsizlik, xaos və s. hökm sürməkdədir. Ona görə də, Nazirliyin tabeli qurumlarında baş verən qanunsuzluqları, özbaşınalıqları və s., bir növ adi məişət məsələlərindən biri hesab etmək qənaətinə də gəlmək olar.

İndi isə yaşanan olayların xronikasını hər kəsin diqqətinə çatdıraq. Əvvəla onu qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşür. Hadisədən sonra bu kəndin ərazisinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün "Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailədə yaşayanların sayı barədə məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Qeyd edək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaasına başlanılır və büdcə vəsaitiləri hesabına tikilən evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH əməkdaşları bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə təhfil verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış ailə, son 10-15 gündür ki, hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilib.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, "Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Verilmiş belə bir cavabdan sonra ortaya düşündürücü sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verib? Həmin vaxtlarda hansı səbəbdən Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilib akt tərtib olunur, amma bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixə saxlanılır? Deməli, bu cür cavabın verilməsinin arxasında hansısa "qaranlıq məqamlar” var.

Ünvanlanladığımız məktublara FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən yuxarıda qeyd olunan məzmunda cavablar verildiyindən, biz məsələnin mahiyyətini araşdırmağa və əsl həqiqətləri üzə çıxarmağa çalışdıq. Bu məqsədlə bir neçə suallar tərtib edib FHN-nə rəsmi məktub ünvanlasaq da, yenə də lazım olan cavabı əldə edə bilmədik. Bu da onu söyləməyə əsas verir ki, əgər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ünvanladığımız suallara doğru-düzgün cavab verərsə, o halda qol qoyulan fırıldaq əməllərini aşkara çıxarmış olar. Onu da qeyd edək ki, FHN-nin bu tabeli qurumudan lazımi cavabı əldə etməyi heç cür bacara bilmədiyimizdən, son anda məcbur olub problemin həllinə köməklik göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə məktubla müraciət etməli olduq. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, ən azından cənab

Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq. Bizi izləyin.

Deryaz.az

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər