"Gənc Tamaşaçılar Teatrının direktoru müharibədə iştirak etsəm də mənə iş verməyib"
"Müharibədən qayıdandan sonra 4-5 ay psixologiyamı toparlamaq üçün çox əziyyətlər çəkdim. O dönəmdə də heç bir yerdə çalışmırdım. Nə öz sahəmdə, nə də digər sahələrdə. Yanvar ayından sonra qərara gəldim ki, öz sahəm üzrə fəaliyyətimi davam etdirim. Mənim ilk müraciət etmək istədiyim teatr Gənc Tamaşaçılar Teatrı oldu. Niyə görə?! Oranın kollektivində tanıdığım dostlarım var idi, onlarla birlikdə çalışmaq istəyirdim. Bu həm mənim psixologiyamın toparlanmağına kömək edəcəkdi, həm də öz işimlə, bitirdiyim ixtisasla məşğul olacaqdım”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a aktyor, Qarabağ müharibəsi veteranı Cavidan Kəsəmənli deyib. O, daha sonra Gənc Tamaşaçılar Teatrına nə qədər müraciət etsə də, müraciətlərinin cavabsız qaldığını bildirib.

"Bu teatra ilk müraciətim təxminən yanvar ayının ortalarında oldu. Teatrın direktoru Naidə İsmayılzadənin nömrəsini tapmışdım, müraciət etdim. Dedilər ki, "hə, gəlin görüşək”. Siz təsəvvür edin ki, mən həmin teatra 4 dəfə gedib-gəldim. İndi sual verə bilərsiniz ki, müraciət bir dəfə olur, niyə 4 dəfə gedib-gəlmisiniz?! Mənə konkret tarix deyilmişdi ki, "filan vaxtda gələrsiniz”. Mən yola çıxmışam ki, gedim görüşüm, görüş vaxtına 5-10 dəqiqə qalmış mənə zəng edib deyirlər ki, "rəhbərimiz Naidə İsmayılzadə işdə deyil”. Daha sonra dedilər ki, "filan vaxt gəl”! O gün də görüşə 5-10 dəqiqə qalmış dedilər ki, "başqa vaxt gələrsiniz”. Bu vəziyyət daha sonra bir dəfə də təkrarlandı. Müharibə iştirakçısının görüşünə gəlməməyin özü böyük bir qəbahətdir. 4-cü dəfə nəhayət ki, direktor işdə idi. Oturub danışdıq. Dedi ki, "biz istərdik sizinlə əməkdaşlıq edək, təəssüflər olsun ki, bizdə yer yoxdur, ştatımızda yer olanda özümüz sizə müraciət edəcəyik”. Onlarla normal sağollaşdım, heç bir problem yaratmadım, hansı ki, mən burada haqlı tərəf idim. Üstündən bir az keçdi. Gənc Tamaşaçılar Teatrının işə iki aktyor qəbul etdiyini öyrəndim. Bu dəqiq məlumatdır. Hansı ki, mənə deyilmişdi ki, "hal-hazırda ştatda boş yer yoxdur, sizə teatrımızda aktyor kimi iş verə bilmərik”. Onların işə götürdüyü həmin oğlanlar nə təhsil səviyyəsi üzrə məndən üstündürlər, nə də istedad cəhətdən! İkisi də bakalavr bitirmiş, hərbi xidmətdən yayınmış aktyor dostlarımızdır. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə onları işə götürüb, məni bir bəhanə ilə geri göndərdi. Gənc Tamaşaçılar Teatrı mənim çox qəlbimi qırdı! Mən bilirəm ki, onlar istəsəydilər bunu edə bilərdilər. Mənim kifayət qədər o teatrda çalışmağa haqqım var axı! Niyə bəhanə edirsiniz?! Ən azından gedib Mədəniyyət Nazirliyinə müraciət edə bilərdiniz, yer olmasaydı belə bir nəfərlik ştat açıb, məni o ştata qəbul edə bilərdiniz! Əgər o müraciət olsaydı bilirəm ki, məni işlə təmin edəcəkdilər. Yerin olmamağı sadəcə olaraq bir bəhanə idi. Mən bilirəm ki, teatrlara Mədəniyyət Nazirliyi tərəfindən Qarabağ veteranları və qazilərinin işlə bağlı göstərişi var. Bu göstəriş verildiyi halda məni qapıdan göndərirlərsə, bu artıq vəzifədən sui-istifadədir. Bunun başqa bir açıqlaması yoxdur. Bir neçə yerə müraciət etsəm də mənim şikayətlərimə, müraciətlərimə baxılmadığına görə, onlardan heç bir müsbət cavab ala bilmədiyim üçün indi məcbur oldum ki, bunu mətbuatda işıqlandırım. Görünür ki, bəzi qurumları Qarabağ veteranlarının, qazilərinin problemləri maraqlandırmır. Mənim sənətə sevgim sonsuzdur, öz sənətimi sevirəm. Bu qədər tərs məqamlara, haqsızlıqlara, məni teatr mühitindən uzaqlaşdırmaq istəyən insanlara baxmayaraq mən hələ də sənətimdə var olmaq, nələrəsə nail olmaq istəyirəm. Ümumiyyətlə Azərbaycan incəsənətinə töhfə vermək istəyirəm. Amma təəssüflər olsun ki, bunların qarşısını alan, problem çıxaran insanlar var. Mənim tələbim odur ki, bu insanları mədəniyyət sahəsindən uzaqlaşdırsınlar. Və yaxud da hansısa tədbirlər görülsün, onlar işlərini obyektiv görsünlər. Nəzərə alsınlar ki, mən bu torpağın azadlığı uğrunda döyüşmüşəm. Ondan əlavə, mən kənar ixtisas üzrə özümə iş tələb etmirəm! Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı aktyoru fakültəsinin həm bakalavr, həm magistr pilləsini bitirmiş bir tələbə kimi haqqım olan teatrda işlə təmin olunmağıma dəstək olan insanlar yoxdur! Nəinki dəstək olmaq, hətta bunun qarşısını alan məlum şəxs var! Çox istərdim ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılsın! Buna da kifayət qədər haqqımın olduğunu düşünürəm və sona qədər də mən bu tələbimi edəcəyəm. Çünki mənə qarşı çox ciddi haqsızlıq var və bunun hər hansısa bir nəticəsi olmalıdır. Dediyim hər bir sözümün də arxasındayam, çünki mən həqiqətləri sizə danışdım” deyə müsahibimiz bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq!

Onu da qeyd edək ki, Cavidan Kəsəmənli böyük şairimiz Nüsrət Kəsəmənlinin nəvəsidir.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər