2022-ci ildə Bakıda rabitə problemi: Dirəklər var, kabel yoxdur – ARAŞDIRMA + FOTO
 
 
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yaşayan bir qrup sakin "Kaspi” qəzetinin redaksiyasına müraciət edərək, şəxsi həyət evlərində rabitə əlaqəsinin, telefon xəttinin, internetin olmamasından şikayət ediblər. Sakinlərin iddialarına görə, bir neçə il bundan öncə məhəllələrdə rabitə xətti üçün dirəklər basdırılsa da, kabelləşmə işi həyata keçirilməyib.



Vətəndaşlar bununla bağlı Xəzər Rayon Telefon Qovşağına, "Azərpoçt” MMC-nin Mərdəkandakı müvafiq şöbəsinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xəzər Rayon İcra Hakimiyyətinə, Binə qəsəbə nümayəndəliyinə və Bələdiyyəyə ərizə ilə dəfələrlə müraciət etdiklərini, həmçinin şifahi şəkildə görüşüb problemi diqqətə çatdırdıqlarını söyləyiblər. Lakin illər keçsə də, Südçülük sovxozu ərazisində yaşayan sakinlərin qeyd olunan problemi həllini tapmayıb. Beləliklə də, internet əsri olan müasir dövrdə paytaxt Bakının inkişaf etmiş rayonunun bir qrup sakininin mənzili hələ də telefon xəttinə və internetə həsrət qalıb.



Südçülük sovxozu ərazisində yaşayan sakinlərin şikayətini araşdırmaq üçün ilk növbədə Xəzər rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı müraciətimizin səbəbini öyrəndikdən, suallarımızı dinlədikdən sonra əlaqə telefon nömrəmizi qeyd etdi, söz verdi ki, hazırda ərazidə olan şöbə müdiri gələn kimi bizimlə mütləq danışacaq, suallarımızı cavablandıracaq. Lakin verilən vədlər elə vəd olaraq qaldı, bizimlə heç kim əlaqə yaratmadı.



Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, qeyd olunan ərazi "Azeronline” MMC tərəfindən kabelləşdirilir. Nazirliyin rəsmi açıqlamasına görə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu "Məxməri” çay evi ərazisinin kabelləşməsi 2022-ci ilin noyabr ayında yekunlaşacaq. Ümumilikdə isə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisi tam şəkildə 2023-cü ilin birinci yarısı kabelləşəcək.



"Azeronline” MMC ilə də əlaqə saxlayıb kabelləşmənin gecikməsinin səbəbini soruşduq. Qurumun Müştəri xidmətlərinin Müştərilərlə əlaqələr bölümünün rəhbəri Hilal Mehdiyev bildirdi ki, adıçəkilən ərazidə rabitə xəttinin çəkilməsi üçün, yəni kabelləşmə məqsədilə dirəklər 8-9 ay bundan öncə basdırılıb. Onun sözlərinə görə, ərazinin kabelləşməsi üçün layihələndirmə "Azeronline” MMC-yə, tikinti işinin həyata keçirilməsi isə podratçı şirkətə məxsusdur: "Biz layihələndirir, sifariş veririk, podratçı şirkət də əraziyə gedərək layihədə nəzərdə tutulanı tikir, qurur. Hazırda proses layihə və cədvəl üzrə, nəzərdə tutulmuş vaxt çərçivəsində davam etdirilir, heç bir gecikmə halı yoxdur. Sadəcə nəzərə almaq lazımdır ki, Südçülük sovxozu ərazisi böyükdür. Bu qədər ərazini ən qısa zamanda kabelləşdirmək, işi yekunlaşdırmaq qeyri-mümkündür. Daxili prosedur qaydalarına uyğun olaraq ərazi hissələrə bölünüb və hissə-hissə iş görülür. Podratçı şirkət bu qanunauyğunluqla tikinti aparır”.



H.Mehdiyev söylədi ki, əgər ərazidə dirəklər basdırılıbsa, kabelləşmə gedibsə, podratçı şirkət tərəfindən ən qısa zamanda iş sona çatdırılıb "Azeronline” MMC-yə təhvil veriləcək: "Bizim məqsədimiz vətəndaşları internetlə təmin etməkdir. Biz prosesin yubanmasında maraqlı tərəf deyilik. Çünki layihənin icrası strateji baxımdan insanları internetlə təmin etməkdirsə, digər tərəfdən bu, biznesdir. Vətəndaş internet xidmətindən yararlandıqca aylıq ödəniş edir. Belə olan halda biz hər hansı yubadılmada maraqlı ola bilmərik. Gecikdirmə istənilən biznesə böyük zərbədir. Amma bəzi reallıqlar var ki, bunu kimsə dana bilməz. Ola bilər ki, biz hansısa ərazidə kabelləşmə işi həyata keçiririk və paralel olaraq "X” qurum məhz həmin ərazidə digər bir iş görür. Misal üçün qazıntı, yol, su, qaz xətti çəkilişi və sair. Bax, bu zaman bizim xətlərlə o xətlərin toqquşması, azacıq da olsa, hər hansı qəza baş verməsi ehtimalı, riski yaranarsa, işlər müvəqqəti olaraq dayandırıla, layihədə müəyyən dəyişikliklər edilə bilər. Belə fors-major hallar istisna deyil. Tikinti işini əsassız şəkildə yubadan podratçı şirkətlə də biz təkrar əməkdaşlıq etmərik. Hazırda "Azeronline” MMC Azərbaycanın 20-dən artıq rayonunda 50-dən çox kəndə internet verir. Bu say hər keçən gün artmaqdadır”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər