CƏNAB RƏŞAD NƏBİYEV OLMAZ OLSUN BELƏ
 
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru

PROBLEM EVİMDƏN İDİSƏ EVİMDƏN NECƏ PAYLAŞIRAM BU YAZINI?!

Əvvəlcə Sizə, özüm haqqında deyim: Aliməm! Elmlər doktoruyam. 37 ildir xalqın elminin inkişafına xidmət edirəm. Başda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş 2 monoqrafiya olmaqla 7 tədqiqatt əsərinin, yenə , Ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi məqalələrimdən ibarət 1 Toplu olmaqla 5 elmi kitabın, ümumilikdə 20 kitab və 200-dən çox elmi məqalənin müəllifiyəm. Azərbaycan alimləri arasında xaricdə - ABŞ, ÇİN, Avropa ölkələri, Pakistan və digər ölkələrdə ən çox çap olunan alimlərdən biriyəm.
Bundan başqa ABŞ, Türkiyənin elmi jurnal rerdaksiyası üzvü, həmçinin "Cahanplus.com” ("Cahan.tv” saytını yaratmışam və Cahan.tv internet televiziyasını qurmaqdayam) saytının rəhbəriyəm. Bu sadalananlar əminəm ki, Sizə sözsüz olaraq mənim üçün internetin nə qədər mühüm olduğunu aydın ifadə edir.
İndisə, Sizə ondəfələrlə etdiyim Şikayətlərin media təsvirinə keçirəm. Belə ki, Sizə neçə illərdir hörmətli "həci” titulundan istifadə edən, əslində isə, "həci xasiyyətində”- ədalətli, dürüst olmayan, dövlət rəhbərimizin çox gözəl təbiricə bəzi "quldur” məmurlardan fərqlənməyən, hətta onları dalda qoyan” Maştağa ATS –nin rəisi Mübariz adlı şəxsdən şikayət edirəm. Amma səbəbi məntiqlə bu gün həbsxanaları doldurmuş məmurların iş prinsipi olan, ancaq faktiki "nəyə görəsə” qorunan bu həci rəisinizdən mənim tutarlı faktlarla olan Şikayətlərim saya salınmır! Bəs Prezidentimiz kimə deyir ki, vətəndaşların şikayətini diqqətə alın, bəs Prezidentimiz təsadüfi deyir ki, "təəssüf ki, təyin etdiyimiz bəzi məmurlar etimadı doğrultmurlar”?!
Yoxsa Prezident bunları Sizlərin ecazkar kreslolarınıza oturan kimi yaranan potoloji unutqanlığınızdan, laqeydliyinizdən əziyyət çəkən Xalqa toxtalıq üçün deyir?! Hər halda vəziyyət göz qabağındadır. Minlərlə şikayətçinin olması məmur biganəliyinin nişanəsidir. Ona görə də mən çox-çox mühüm əhəmiyyətli (məsələn, beynəlxalq elmi nəşrlər üçün ölkəmizin bugünki, haqq mübarizəsindən 1-2 tutarlı məqalə yazardım!..) işlərimi bir kənara qoyub media üzərindən Sizə müraciət edirəm.
Nədir mənim problemim?!

Sizin səlahiyyətlər verdiyiniz BTRİB-in, Sabunçu rayon ATS qovşağının yüksək vəzifəli məmurlarının "həci ”, "həci ” – deyib, Maştağa ATS –nin rəisi Mübariz Vəliyevin mənim Halal haqqımın taptalamasına imkan vermələridir mənim problemim! Hələ ola da bilər ki, Sizin o yüksək vəzifəlilər Prezidenti "xalqın xidmətçisi olan” ölkənin bu "həci ağa, xan, şah, padşahla” çox "qaranlıq maraqlarda” ortaqdılar həmin yüksək vəzifələrdə milyonçu olan məmurlarınız! İllər öncə kütləvi həbs olunan rabitə işçilərinin milyonçuluğuna o qədər təəccüblənmişdik ki!.. İndi belə "həci rəislər”-in varlığında, dalğasında da "o qasırğaların təkrarı çox təbii və gözləniləndi!.. Ot kökü üstündə bitir” axı...
Yoxsa bu qədər haqlı şikayətə, bu qədər əsaslı faktlara bir reaksiya verib, "həci”-yə "gözünün üstündə qaşın var, deyənlər”-olmalıydı axı!..
Cənab Rəşad Nəbiyev, bu müraciətlə diqqətinizə çatdırıram ki, adıma olan 0124553339 telefonu mənim və yaxın ailə üzvlərimin bağ evinə aiddir. Bu telefon və ona qoşulu internet üçün 12 ay pul ödəyib yalnız pandemiyadan əvvəl xaricə, rayonlarımıza getdiyimiz günləri çıxmaqla təxminən 1 ay istifadə edirik. Lakin hər yay bağımıza köçdükdən sonra 1 həftə, 10 gün dəhşət əsəbiliklə telefon və internet xəttimizi bərpa edirik. Niyə?! Maştağa ATS-in rəisi, - "həci” bizim bu ödənişini etdiyimiz xidməti böyük ehtimallarla başqasına verir. Dəfələrlə telefon zəng çalıb, eyni adamları soruşublar. Telefon hər dəfə mənim şikayətlərimdən sonra "düzəlib. Eləcə də ”İnternet mənim "mübarizələrimdən” sonra zəif də olsa verilib.
Rəhbərlik etdiyiniz nazirliyə 10 dəfələrlə etdiyim şikayətlərdən sonra keçən il 7 nəfərdən ibarət komisiya gəldi. Dedilər, "ATS-dən qapınıza qədər diqqətlə yoxlamışıq, son olaraq gəlib evdən nizamlayırıq və 1 daha problem yaşamayacaqsız”! Gəldlilər, Maştağa ATS-in "həci” tituluna qəti layiq olmayan saxtakar rəisi də gəlmişdi. Onu xeyli danladılar, ona xüsusi tapşırıqlarını verdilər, getdilər. Həmin yay bağda olduğumuz müddətdə telefon da, internet də çox yaxşı işlədi.
Bu yay köçdük bağa. Yenə internet işləmir!.. Həqiqətən 10 dəfələrlə Sizin rəhbərlik etdiyiniz nazirliyə şikayət etdim. YENƏ eyni ssenari… "Həci” ağa, şah, padşah rəis hökm etdi ki, bayırda hər yeri dəqiq yoxlamışış, problem yalnız evinizdədir. Nazirlik, "həcini” göz bəbəyi kimi qoruyan BİTRİB səlahiyyətliləri mənə zəng edib bildirdilər ki, problemin həll olunmağını istəyirsizsə, ATS montyorlarını evə buraxmalısız. Problemin evimdən olmadığını dəqiq bildiyim halda məcbur olub gələn montyoru evə buraxdım. Cavan rəhmətə getmiş 1 müəllimə qadının oğlu Əli gəldi. Evimə girən dəqiqədə "həci” ona zəng etdi. Dediyi bu cümləni nəinki "həci”, heç mənəviyyatı olan alkoqolik də deməz: "Aldat başını Akta qol çəkdir!”… Əlinin yanında dayandığım üçün bu sözləri öz qulaqlarımla eşitdim. Təbii, mən də "həci”-nin eşidəcəyi səslə " mən başı aldadılanlardan deyiləm”- dedim.
… Əli modemə yaxınlaşdı, çox gülməli tərzdə "arxasında çıqqılı knopka var aa, ondandı, düzəltdim, baxın indi işləyəcək”-dedi və internetin işlədiyini sübut etmək üçün mənim yataq otaımda olan notbooka baxmağa gəldikdə, mən pəncərəmdən Əli ilə birlikdə gəlmiş montyorlardan birinin qonşunun həyətində olan şalbana çıxıb nə isə etdiyini gördüm. Əliyə də göstərdim. Hətta şəklini də çəkdim. Sizə şikayətlərimdən birində bu şəkli də göndərmişəm. BURADACA SİZ HÖRMƏTLİ NAZİRƏ "HƏCİ” TİTULLU SAXTAKAR RƏİSİNİZİN NAZİRLİYƏ, BİTRİB-ə dediyi yalanı XATIRLADIRAM : PROBLEM EVİNDƏDİR, QOYMUR, EVƏ GİRƏK! BƏS PROBLEM YALNIZ EVİMDƏ İDİ?! BƏS Evimə kimi HƏR QARIŞ YOXLANMIŞDI?! NƏ OLDU, BƏS İŞÇİSİ ŞALBANA NİYƏ ÇIXMIŞDI?!
Deməli, mənim mənzilimdən deyildi internetin işləməməsi. "Həci”-nin bildiyi məsələ idi. Mənim küçəyə çıxıb, şalbandakı montyoru "aşağı düşürməyim” "Həci”-nin bildiyi işi yarımçıq qoydu. Yəni, şalbandakı düşdü, internet düzəlmədi. Əlinin adoptorun arxasıbdakı çıqqılı knopka fırıldağı bununla fiaskoya uğradı. Bundan sona Əli "həci”-yə olanları məlumat verdi və "Həci” hökm etdi ki, bu "işin” ustasını göndərmişəm, buraxsın evə, o sübut edəcək və əsas məsələ, - internet işləyəcək.
Yenə məcbur olub üzündən xalis narkomana oxşayan, qəti məmur görkəmində olmayan bir kişini işçini buraxdım evə. Ona, mən də, Əli də mənim yataq-iş otağımda olan notbooku götürüb modemin olduğu digər otağa keçməsini bildirsək də, bu ümumi görkəmindən heç normal təəssürat oyatmayan şəxs Əliyə "mən məzuniyyətdəyəm, vaxtım yoxdur”- deyib, sürətlə çarpayımın üstündə olan notbooka baxmaq üçün çarpayımın önündə oturdu. Nə qədər sərt tələb etsəm də o yataq otağımdan çıxmadan notbookuma baxdı. Guya çox savadlı imiş kimi əvvəl notbookumun FORMATLANMASININ, sonra internetin işləməsi üçün notbookun şunurunun olmasının vacib olduğunu bildirdi (bəhanə gətirdi). Mən ona "bu günə kimi şunursuz işləyirdi, bağa gəldi, şunursuz işləmədi?” – deyib, onlara mənim internet problemimin evimdən deyil, "həci”-nin şalbana montyoru çıxarması səbəbindən olduğunu dönə-dönə bildirdim və evimi tərk etmələrini tələb etdim.
Onlar küçədə "həci” rəisə nə dedilər, bilmirəm. Birdən təkrar qeyd edirəm ki, görkəmcə sözün hərfi mənasında qətiyyən hökumət məmuruna oxşamayan və məzuniyyətdə olduğu halda xidmətə göndərildiyindən narazılığəını gizlətməyəmn şəxs sürətlə mənim telefon xəttimin evimə daxil olduğu yerə qaçdı. Fikrimcə, problemin nə olur-olsun mənim boynuma qalması üçün qırmaq istəyirdi. Görünür "həci” əmr etmişdi. Mən ondan divarımdan kənarlaşmasını tələb etdim. Geri qayıtdı. Bu vaxt şalbana çıxmış montyor da bizə yaxınlaşdı. Onlar – Əli, şunur olmasa internet işləməyəcək deyən, "hacı” –nın sağ əli və heç normal adam təəsüratı yaratmayan işçi və şalbana çıxmış işçi mənə acizanə surətdə, - "biz qara fəhlələrik. Bizə rəis nə əmr edir, yerinə yetiririk. Tapşırığı yerinə yetirməyək, işsiz qalaq?! "- dedilər . Yeri gəlmişkən, dünən öyrəndim ki, "həci” şalbana çıxardığı, deməli, sirri bilən işçini Ramanaya keçirtdirib…
Doğurdan da "dəvədən böyük fillər" bu "həci” saxtakar, işini yarıtmaz rəisi "nəyə görəsə” yaxud "kimə görəsə” 80-90 min əhalisi olan Maştağa qəsəbəsinə vəzifəyə qoyub, qoruyurlarsa bu "qara fəhlələr”-in nə günahı var, onlar neyləyə bilərlər?! Baxın, şalbana çıxartdırdığını uzaqlaşdırdı…

Hörmətli nazir, cənab Rəşad Nəbiyev! Bu "qara fəhlələr” sözlərini deyib getdilər. … Mən əsəbiliklə "vörddə” yazı yazıram, təxminən 17 radələrində internet açıldı. BƏS "HƏCİ” PADŞAHIN ƏSABƏLƏRİ, HƏLƏ ÖZÜ (VOTSAPDA YAZIB MƏNƏ!) DEYİRDİ Kİ, ŞUNUR OLMADIĞI ÜÇÜN İNTERNET İŞLƏMİR!.. NƏ OLDU, BƏS ŞUNURSUZ NECƏ İŞLƏDİ?! Mən deməmiş də peşəkarlar anlayar, yaxud "həci” –nin şalbana çıxardığı "qara qul” bilər, necə oldu işlədi… Üstəlik BƏS "HƏCİ” PADŞAH deyirdi MƏNZİLDƏNDİ?! "HƏCİ” leksionunda deyim, "and olsun o müqəddəs məqama ki, mənim mənzilimdən deyildi, ikincisi, mənim interneti notbook-kompyuter üzərində düzəltmək bacarığım yoxdur və Allah lənət eləsin, internet xəttimi kiməsə satana, Allah lənət eləsin "hacı” kimi hörmətli – nüfuzlu titulu ilə belə saxtakarlıq edənlərə!”.
Hörmətli nazir, mən iunternetim işləyəndən dərhal sonra notbookun şunursuz vəziyyətdə işlədiyini sübut edən şəkilləri çəkib rəhbərlik etdiyiniz nazirliyə göndərdim. ANCAQ görünür "həci”-nin daşdan keçən "hörmət” vasitələri haqlı vətəndaşdan, 12 ay pulunu ödədiyi ancaq maksimum 2 ay istifadə edə bilməyən abunəçidən, nəhayət xalqın alimindən daha dəyərli oldu ki, ona bu sübutlarla lazımı cəzanı vermədilər!

Hörmətli nazir, cənab Rəşad Nəbiyev! Bu hadisə yayın əvvəlində oldu. İyil ayının 4-ü, 7 –si tarixlərində. O vaxtdan Sentyabr ayının 14-ünə, axşam saat 20-yə kimi internet normal işlədi.
Böyük ehtimallarla "həci” artıq məzuniyyət dövrünün bitdiyini, mənim də işə çıxacağımı düşünərək şalbana 1 "qara fəhləsini” çıxardıb, internetimi bağlatdırdı… Mən gərək axı bu "həci” padşaha ona ciddi bir məsələ ilə bsğlı şəhərdəki mənzilimi kirayə verib bağda daimi ysşamağa qərar verdiyimi bildirəydim… Xülasə, ATS-dən tanıdığım montyor Əliyə zəng edib yenə internetimin kəsildiyini deyib, kömək istədim. İş vaxtı deyildi və telefondan məclis səsləri gəlirdi. Hiss olunurdu ki, bu "qara qul” məşğuldu. Amma buna baxmayaraq mənə ATS-in əlaqədar şöbəsinin telefonunu göndərdi 0124552199. Ev telefonundan Zəng etdim, cavab verən "səhv düşdüyümü” bildirdi. Təkrar Əliyə zəng edib, dəqiqləşdirdim. Səhv deyildi nömrə. Bu dəfə əl telefonumdan yığdım və eyni səs cavab verib, ATS OLDUĞUNU, İNTERNETƏ cavabdeh olmadığını, 155 çağrı mərkəzinə zəng etməli olduğumu söylədi. 155-i yığdım. Növbədə 9-cu adam oldum. Xeyli sakitləşdirici milli melodiyanı dinlədikdən sonra həqiqətən çox mədəni, mehriban səsli bir qız özünü təqdim etdi: Aysel. Ona vəziyyəti nəql etdim. Diqqətlə qulaq asdı və çox ciddi səslə, "Sizə qulaq asdıqca baxırdım. Sizin modem normal işləyir. Mən Sizin şikayətinizi qeydə aldım”- dedi. Bundan sonra tam arxayın oldum ki, "hacı rəisin” işidir və rəhbərlik etdiyiniz nazirliyə şikayət ünvanladım.

Hörmətli nazir, cənab Rəşad Nəbiyev! Qeyd etdiyim kimi 14 sentyabrda birdən-birə dayandı internetim. Bu qeydi xüsusi olaraq vurğulayıram. Çünki, məlumunuz olduğu kimi 15 sentyabrda MİDA-nın mənzil satışı günü idi. Mən evə ehtiyacı olan vətəndaş kimi illərdir çoxlarının qəti inanmadığı bu "yarışmaya” ALLAHA TƏVƏKKÜL qatılıram. İndi 14 sentyabr, son "sınaq” və 15 sentyabr SATIŞ günü mənim internetimin işləməməsinin İkinci qrup əlil, şəkər xəstəsi bir yaşlı adam üçün nə demək olduğunu xahiş edirəm ki, bir anlıq təsəvvür edin!.. Səhərə qədər əsəbi oldum! Bəlkə, 1-2 saat yata bildim.
Səhər notbookumu götürüb bağın yerləşdiyi ərazidən keçən M8 avtobusunun birinci reysi ilə ilk dərs günü olduğu üçün dəhşət sıxlıq, basa-bas vəziyyətdə şəhərə gəldim. Avtobusda sərnişinlər danışarkən eşitdim ki, "dünəndən Tik-Tok və s. şəbəkələr” bağlanıb. Elmlər Akademiyasında gəldiyim evdə təbii ilk işim, notbooku açıb internetin olub-olmadığını yoxlamaq oldu. Hətta notbook açılana kimi ev telefonundan 155-ə də zəng vurdum (xoşbəxtlikdən növbəm 1-ci oldu) soruşdum. "Heç bir problem yoxdu”- cavabını aldıqda həyəcandan, yuxusuzluqdan halım elə pisləşdi ki, evdəkilər təcili yardım çağırdılar. Həkimin müayinəsinin nəticələri məndə yazılı qalır… 2 elementar nəticəni diqqətinizə çatdırım ki, daimi yüksək şəkərli adamın şəkəri 86 idi… Qan təzyiqim də həmişə olduğundan yüksək – 170!.. Mənə sakitləşdirici iynələr vuruldu. Yaşasın Sizin "Həci” rəis!.. Yaşasın vətəndaşı belə ölüm həddinə gətirib çıxarana arxa-dayaq olan məmurlarınız!
Bu halımda MİDA-nın Satış sisteminə qoşuldum. Düzü mən e-gov.az sistemi ilə qoşuldum və ev seçdim də… Amma təsdiqləmə yazısını hey axtardım, tapılmadı. Seçdiyim mənzilin və ümumilikdə bütün prosesin səhifələrinin şəklini çəkdim. Əlaqədar bir neçə adama yazdım, göndərdim. 1-indən aldığım cavab məni təəccübləndirmədi: Yasamal Yaşayış Massivi səhifəsində əməliyyat aparmısız!.. Əlbəttə səhhəti belə kritik olan adam bundan da artıq səhv edər… Xoşbəxtlikdən axşam xəbərlərdən öyrəndim ki, MİDA-da Satış təxirə salınıb.
Onu da xüsusi olaraq diqqətinizə çatdırıram ki, mən mənə maraqlı olan və son dərəcə gərgin bu işi işləyərkən saat 10.09-da 0555727101 telefonundan Maştağa ATS-inin əməkdaşı olduğunu bildirən (adı Vüsal, soyadı Mütəllimzadədir) bir şəxs zəng edib, İNTERNETİMİ düzəltmək üçün EVİMƏ gəlməli olduğunu dedi. Bu adama problemin evimdə olmadığını, dünən 155 çağrı mərkəzinin əməkdaşının da bunu bildirdiyini, həmçinin daimi olaraq modemin üzərində sol tərəfdə yanan 4, sağ tərəfdə yanan 1 İŞIQ-ın problemin evimdə olmadığını təsdiqlədiyini dedim. Əvvəl MƏNZİLİMƏ GƏLMƏYİ TƏKİD ETDİ! ƏSƏBİ HALIMDA ONA QƏLƏT EDİRSİZ, - DEDİM. İndi normal halımda da deyirəm: HEÇ KƏSİN KİMİNSƏ MÜLKİYYƏTİNƏ ONUN ÇAĞIRIŞI OLMADAN GƏLMƏYƏ, GİRMƏYƏ İXTİRA YOXDUR! XÜSUSİ SANKSİYA OLMADAN BAŞ PROKURORUN BELƏ MÜLKİYYƏT SAHİBİNİ NARAHAT ETMƏYƏ HÜQUQU YOXDUR! 0555727101 telefonunun sahibi MƏNİM bu sərt cavabımdan sonra məni açıq surətdə ŞANTAJ və TƏHDİD etməyə başladı: "PROBLEM ÖZ EVİNİZDƏDİR! BİZİ TƏHQİR EDİRSİZ! ATK TƏRTİB EDİB, POLİSƏ VERƏCƏYİK SİZİ! Ona "əllərindən gələni beş qaba çəkməyi” tövsiyyə etdim, bu öz yerində. Həmçinin ona onlardan məhkəməyə şikayət edəcəyimi dedim.
Onunla danışdığımdan 6-7 saat sonra isə yığışıb gəldim qaldığım bağ evinə. Dəqiq, 18.12-də notbookumu açdım, BUDUR! İNTERNET İŞLƏYİR!!! BƏS EVİMDƏN İDİ?! PROBLEM EVİMDƏN İDİSƏ, NƏ OLDU, NECƏ OLDU, MƏN EVDƏ OLMADAN, O "HƏCİ” RƏİSİN AĞZI İLƏ MƏNİ TƏHDİD EDƏN MONTYOR EVİMƏ GİRMƏDƏN DÜZƏLDİ ?! BAXIN iyul ayında da beləcə "həcinin” montyorları (həmçinin ÖZÜ!) şunur yoxdu, ona görə İNTERNET İŞLƏMƏYƏCƏK – DEDİKLƏRİ HALDA AXŞAM İŞLƏMİŞDİ… İndi də mən heç evdə olmadığım halda işlədi…
Hörmətli nazir!.. Mən bilirəm, "müxənnətdən bəhanə əskik olmaz!” – "həci” rəisiniz deyə bilər ki, "hökumət bağlayıb, internet zəif olub”… Belə halda EVİMƏ NİYƏ MONTYOR GÖNDƏRİRDİ?! NƏ HAQLA MONTYOR EVİMƏ GƏLMƏYİ TƏKİD EDİRDİ, SONRA DA MƏNİ TƏHDİD EDİRDİ?! İkincisi, mənim rəsmi çağırışım olmadan niyə EVİMƏ GƏLMƏYƏ təkid edirlər?! Mən şəhərdə idim. Yəqin ki, ev telefonuma dəfələrlə zəng vurublar gəlmək üçün.
… BİTRİB – lə əlbirdirlər!. Evdə olsaydıb, İyul ayındakı kimi BİTRİB zəng edəcəkdi ki, YOLLAR YOXLANILIB, YALNIZ EVİNİZDƏDİR, NİYƏ BURAXMIRSIZ, MƏN DƏ MƏCBUR OLUB, BURAXACAQDIM EVİMƏ, GƏLİB YATAĞIMIN QARŞISINDA OTURUB SAVADSIZLIQLARINI SƏRGİLƏYƏCƏKDİLƏR! "Həci” Əliyə verdiyi "ALDAT BAŞINI AKT-a QOL ÇƏKDİR”- TAPŞIRIĞINI verəcəkdi, bu MƏNİ HƏDƏLƏYƏN DƏ ALLAH BİLƏ, NƏ ÜSULLA MƏNƏ AKT-I imzaladacaqdı!.. Titulu cəlbedici, üzdən "çayın lal axanı” Maştağa ATS-nin rəisi Mübariz Rafiq oğlu Vəliyevin budur İŞ ÜSULU! Neçə illərdir mən 12 ay telefon, internet pulu ödəyib 2 ay belə normal faydalana bilmirəm! O MƏNƏ MADDİ VƏ MƏNƏVİ ZİYAN vurur! Amma nazirliyinizdə, BİTRİBdə onu qoruyurlar! Demək ki, o, çox məmurları türməyə aparmış, aparan "sehirli” açara malikdir və Telefon-Rabitə səlahiyyətlilərinin ürəyinə gözəl yol tapıb!..
Təkrar edirəm: Qələt edib evimə çağırışım olmadan gəlirlər! Qələt edib evimə görkəmindən qətiyyən məmura oxşamayan, əksinə narkomana oxşayan, vətəndaşın tələbinə zidd gedib, yatağının qarşısında outran mədəniyyətsiz, ədəbsiz, üstəlik savadsız, səviyyəsiz adamı göndərirlər! Qələt edib, məni POLİSLƏ hədələyirlər! Qələt edib məni TƏHDİD edirlər! TƏKİD etmirdilər ki, evimdəndi? Bəs mən evdə olmadan, onlar evimə gəlmədən necə işlədi intetrnetim?! CAVAB VERSİNLƏR!

Hörmətli nazir!.. Unudulmasın bu hadisələr 21-ci əsrin 20-ci illəri kimi elektron inkişafın ən yüksək mərhələsində, paytaxtın 20-30 km.liyində baş verir. Unudulmasın ki, alimə qarşı bunlatr baş verərsə, gör sadə vətəndaşlarla necə davranılır?! Bütün sahələrdə gəncləşmə prosesi gedir. Doğrudanmı Rəqəmsal İbkişaf və Nəqliyyat nazirliyinin insan – kadr resursları gəncləri əhatə etmir?! Doğrudanmı bu adından modernlik ucalan qurumda "həci”-lik gəncləşmə, səviyyə tələblərindən üstündür. Yəni doğurdan layiqli gənc kadrlarınız yoxdur?! Amma neçə universitet bititrmiş yüksək ixtisaslı, intellektual səviyyəli, yüksək peşəkarlığa malik gənclərimiz işsizlikdən şikayət edirlər!

Bütün bunları yazaraq Sizdən xahiş edirəm, MÜRACİƏTİMİ nəzərə alıb, Maştağa ATS-nin rəisi Mübariz Vəliyev, məni dünən TƏHDİD EDƏN. POLİSLƏ HƏDƏLƏYƏN VÜSAL MÜTƏLLİMZADƏ, mənim haqlı şikayətlərimi saymayan və bu qaraguruhu ciddi-səhdlə müdafiə edən əməkdaşlarınız barədə ölçü götürəsiz! Onlar cəzalanmalıdırlar!..Nəzərə alınsın ki, mən yaradıcı adamam, mənə internet "su-hava” kimi lazımdır. İkincisi, 1 gün ödənişi gecikdirənlərə xidmət dayandırılırsa, internetim işləməyən günlərin mənə ödənişlərini kim verməlidir?!


PS. Dinə ehtiramlı nəslin övladıyam. Atamın babası Maştağada məscid, minarə tikən Usta Hacıquludur. Atamın əmisi və babam Bakıda qəbirlərin üstündəki xaç işarələrini gülabpuçla əvəz ediblər. Ana Babam isə Məşədi Bağur Məşədə atla gedib, öz dövrünün savadlı Mollası - Quran hafizi olub. Çiçək xəstəliyi yayılanda gözləri tutulub. Quranı əzbər bildiyi onda aşkarlanıb. Onlarla Həcə, Kərbalaya, - müqəddəs yerlərə gedənim var və ümumiyyətlə? çox dindar, mömin tanıyıram. Özüm də inanclı, ibadət adamıyam. Dinimizə də, saf dindartlarımıza da hörmətim sonsuzdur. Elə həmin qədər də "hacı” adını daşıyıb saxtakar, cinayətkar olanlara nifrət edirəm. "Aldat onu Akt-a qol çəkdir”- deyəcək” həcilər öz qələtlərini "oğru elə bağırdı ki, ..”; "qara məni basınca, mən qaranı basım” misallarındakı kimi başqasının üstünə atarkən qul haqqı yediklərinin fərqində deyillərsə, mən hər sözümə cavabdeh adamam! Ona görə - Mübariz Vəliyevə görə deyirəm: Olmaz olsun belə həci rəislər! Şəhərtipli Maştağa qəsəbəsini əyalət, sakinləri cəngəllik varlıqları, tabeliyində olan məmurları qula-kölə kimi görməyə onun haqqı da, hüququ da yoxdur!

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər