Kitab sərgilərində nə baş verir:
 
Son zamanlar Azərbaycanda kitab sərgiləri tez-tez keçirilsə də, bəzi kitab evləri sərginin keçiriləcəyi yerlərin qiyməti ilə razılaşmır və nəticədə bir çox kitab evləri sərgilərə qatılmaqdan imtina edirlər. Sərgilərin keçirilməsində təşkilatçılıq edən"Caspian Event Organisers” (CEO) adlı şirkət təşkil etdiyi kitab festivallarına bir çox kitab evlərini dəvət edir və qeyd edir ki, keçiriləcək sərgidə hər 1 kv.metr yer üçün 100 azn ödənilməlidir. Bu da minimum 6 kv.metr stend olan yer üçün 600 manat pul deməkdir.
Məsələ ilə bağlı "Ovod” kitab evinin nümayəndəsi Əşrəf Vəliyev problemlə əlaqədar öz şəxsi sosial şəbəkə hesabında bildirib ki, bu, kitab yox, pulyığma festivalıdır: "Deməli, "Caspian Event Organisers” şirkətindən zəng edib, Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab festivalına dəvət edirlər və qeyd edirlər ki hər kv.m üçün 100 azn ödəməliyik. Yəni minimum 6kv.m olan stend üçün bir kitab mağazası 600 azn ödəməlidir. BƏH!

Əziz Mədəniyyət Nazirliyi, Azərbaycanda kitabçılara və kitaba verdiyiniz dəyəri birdaha bizə göstərdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Əgər səhvim varsa, üzrlü sayın, ama bizdən başqa bu biabırçılığa nəsə yazan kitab mağazası da görmədik.

Nədir axı bu?! Məqsəd onsuz da heç nə qazanmayan kitab mağazalarını soymaqdır?! 600 azn iki Azərbaycan vətəndaşının minimum əmək haqqıdır. 3 günə 6kv.m yer qarşılığında bu məbləği tələb edirsiniz. Onsuz da o mağazalar orada kitabları dəhşət endirimlərlə satır. Çoxumuz da sırf reklam ve məhsullarımızı yeniləmək, oxucularla kontakt qurmaq üçün qatılırıq. Siz də gözünüzü dikibsiniz bizim cibimizə. Əhsən!”

Məlumat üçün bildirək ki, kitab sərgiləri iki il əvvələ qədər Mədəniyyət Nazirliyinin nəzdində keçirilirdi. Son iki ildir ki, kitab sərgisi və başqa bu kimi festival və tədbirləri yuxarıda adını qeyd etdiyimiz "CEO” adlı şirkət təşkil edir. Şirkətin sərgilərə təşkilatçılıq etməsi və kitab evindən yerhaqqı olaraq yüksək məbləğ tələb etməsi bir çox kitab evlərinin növbəti sərgilərə qatılmama ehtimalını gücləndirir. Bu isə Azərbaycanda oxucu kütləsinin artırılması üçün aparılan təşviqata və ümumiyyətlə kitab mədəniyyətinə qarşı ciddi problemlər yarada bilər.

Vaxtilə Mədəniyyət Nazirliyinin öz nəzdində keçirdiyi kitab sərgilərinə təşkilatçılığın birdən birə bu adda şirkətə ötürülməsi və kitab evlərinə qarşı yüksək məbləğdə yerhaqqı istənilməsi anlaşılan hal deyil və bu maraqlı məqam yəqin ki, Nazirliyin özünün məlumatı və göstərişi əsasında baş tutur.
Bizimyol.info

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər