Bu həftə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian” sərgiləri təşkil olunub. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən "ADEX” müasir silah və texnika sərgisində Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü, qüdrəti, müasir silahlar nümayiş etdirilib.

"Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunub. "ADEX”lə paralel olaraq keçirilən 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian” sərgisində isə hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin, silahların perspektivli modelləri nümayiş etdirilib.

Prezident İlham Əliyevin, müdafiə sənayesi və müdafiə nazirlərinin, xarici ölkə səfirlərinin, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin, həmçinin Azərbaycanda səfərdə olan yüksək rütbəli hərbçilərin də tanış olduğu sərgilər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Bu sərgilərin Azərbaycan üçün əhəmiyyətini şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib ki, müasir silah və texnika sərgisi olan "ADEX” Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü, qüdrətini nümayiş etdirib.

Millət vəkilinin sözlərinə görə, dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkəti bir araya gətirən "ADEX” sərgisində 2 mindən çox silah-sursat və hərbi texnika sərgilənib:

"Sərgidə bu sayda şirkətin iştirak etməsi xarici ölkələrlə hərbi əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Burada ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənib. Qürurverici haldır ki, ADEX sərgisində müxtəlif hərbi təyinatlı məhsul istehsal edən şirkətlərlə yanaşı, daha bir yerli şirkətimiz - Azərbaycanın "Improtex Industries” şirkəti özünün istehsal etdiyi və artıq Qarabağda sınaqdan keçirilmiş çox mühüm əhəmiyyətli minatəmizləyən texnikalarını təqdim etdi. İşğaldan azad olunmuş ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsində, nəticə etibarilə həmin ərazilərə tezliklə həyatın qayıtmasında bu cür yerli şirkətlərin, onların istehsal etdiyi texnikaların mühüm rolu var. Ümumilikdə bu sərginin əhəmiyyətini yüksək qiymətləndirirəm”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov isə qeyd edib ki, bu sərgilər hər şeydən əvvəl Azərbaycanın hərbi sənayesinin gücünü, onun sürətli inkişafını göstərir.

Ekspertin fikrincə, sərgilərdə Azərbaycan istehsalı olan çox sayda silah-sursat, hərbi avadanlıqlar, müxtəlif texnikalar nümayiş etdirilib ki, bu da ölkəmizin hərbi qüdrətindən, onun milli hərbi sənayesinin perspektivindən xəbər verir:

"Bütün bu inkişaf prosesləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və bilavasitə qayğısı ilə baş verir. Prezident İlham Əliyevin sərgidə iştirakı, orada nümayiş olunan silahlarla ətraflı tanış olması bu qayğının göstəricisidir. Bakı Ekspo Mərkəzində keçirilən tədbirin daha bir önəmi dünyanın qabaqcıl dövlətlərinin, iri şirkətlərinin bu sərgilərə böyük maraq göstərməsi ilə bağlıdır. Onlar bu sərgidə istehsal etdikləri ən müasir hərbi texnikalarını, silah-sursatlarını, hərbi avadanlıqlarını nümayiş etdiriblər. Sərgidə Türkiyə, Pakistan kimi qardaş dövlətlərlə yanaşı, Rusiya, Çin, Fransa, İtaliya və sair. dövlətlər də iştirak edib. Sərgiyə olan bu maraq, həm də dövlətimizin nüfuzundan, beynəlxalq müstəvidə ona olan diqqətdən xəbər verir. Bu da təbii olaraq hər bir azərbaycanlı üçün qürurvericidir. Hesab edirəm ki, Azərbaycan Ordusunun daha da inkişaf etdirilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün biz bu sərginin imkanlarından maksimum dərəcədə səmərəli istifadə etməliyik”.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər