XIRDALAN BƏLƏDIYYƏSI BIZI AVROPA İTTIFAQI QARŞISINDA RƏZIL ETMƏSƏ YAXŞIDIR – SƏDR VƏ MÜAVINI HAQDA ILGINC MƏLUMATLAR
 
Abşeron rayonunda bələdiyyələrin fəaliyyəti həmişə qeyri-qənaətbəxş olub. Rayon İcra Hakimiyyətindən asılılıqdan qurtula bilməyən bələdiyyə sədrləri zaman-zaman korrupsiyaya sövq edilərək, əsasən torpaq sahələrinin qanunsuz satışı, saxta sənəd düzəltmə, rüşvət alma, mənimsəmə cinayətləri üzrə məsuliyyətə cəlb olunublar. Bu sıradan hələlik axırıncılar olaraq keçən il 8 il müddətinə azadlıqdan məhrum edilən Qobu bələdiyyəsinin sabiq sədri Ənvər Əmiraslanovu, bu il ittiham olunan Saray bələdiyyəsinin sədri Məhi Həsənovu göstərmək olar.

Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, Abşeron rayonunda korrupsiyaya meylli şəxslərin tanışlıq və başqa maraqlar əsasında bələdiyyələrə sədr və digər vəzifələrə "seçdirilməsi” tendensiyası davam etməkdədir. Etibarlı mənbə bildirir ki, Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev Milli Məclisdəki deputat himayədarının köməyi ilə hazırki vəzifəsini ələ keçirib. Sədr müavini Zaur Xalıqov isə vaxtilə Səbail rayon Polis İdarəsinin Yol Polisi Bölməsində işləyib. İki dəfə rüşvət aldığı yerdə vide-kameralara tuş gəlib. Birinci dəfə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovun şəxsi aşpazı işləyən əmisi Əlibala kişinin xahiş-minnəti ilə vəzifəsini qoruyub, inzibati xəbərdarlıqla yaxasını qurtarıb. Amma ikinci dəfə şef əmisinin sözü keçməyib. Generalın Zaur Xalıqova köməkliyi yalnız bu olub ki, öz ərizəsi ilə xidmətdən kənarlaşmasına imkan yaradıb. Amma necə olubsa, bu boyda naqisliyi Zaurun Xırdalan bələdiyyəsində sədr müavini postuna yiyələnməsi yolunda əngəl olmayıb.

Mənbənin verdiyi məlumata görə, Orxan Musayevin anası Abşeron RİH-nin sabiq başçısı İradə Gülməmmədovanın həkim həmkarı və yaxın rəfiqəsidir. Orxanın Moskvada və Azərbaycanda cehizlik malların alveri ilə məşğul olan şirkətləri vardır. Bildirilir ki, Orxan Musayevlə Zaur Xalıqov əlbir olaraq bələdiyyənin vəsaitlərini talayırlar. Onlar həmçinin rayon bələdiyyələrinin sədrləri ilə anlaşıb onların vergidən yayınmalarına, topladıqları vergiləri mənimsəmələrinə köməklik göstərərək haram qaazanclarına şərik olurlar. Bələdiyyə tərəfindən sakinlərə tətbiq olunan əmlak vergiləri isə kifayət qədər yüksək həddədir. Bu üzdən yerlərdə bələdiyyə işçiləri ilə vergi ödəyiciləri arasında insidentlər də baş verir.

P.S. Xırdalan Bələdiyyəsi BMT İnkişaf Proqramının Avropa İttifaqı ilə birgə icra etdiyi "İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin 6 qalibindən biri elan olunub.

Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bildirib ki, Xırdalan bələdiyyəsinin iki il ərzində həyata keçirəcəyi layihənin icrası üçün ayrılan vəsaitin səmərəli və şəffaf şəkildə sərf olunması həm Xırdalan bələdiyyəsi olaraq bizim, həm də BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı üçün xüsusi önəm kəsb edir.

Onların – Xırdalan bələdiyyəsinin vəzifəli şəxslərinin sərəncamına verilən vəsaitləri necə "səmərəli və şəffaf” xərclədikləri isə hamıya məlumdur. Avropalılar qarşısında biabır olmasaq yaxşıdır.

Mövzunu davam etdirəcəyik.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər