Buralar köhnə üsullarla İDARƏ OLUNUR -
 
Bəzi dövlət qurumlarında «ailə podratı»nın tətbiqinin xeyli tarixçəsi var…

Bu əməllər əsasən, dövlət müəssisəsələrində baş verir. Amma məmurlar, görünür, «Korrupsiya haqqında» Qanunun 7-ci maddəsini oxumadıqlarından bu əmələ yol verirlər.

Sözümüzün mənası var: Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının rəhbəri olduğu təşkilat daim bu məsələlərə ciddi reaksiya verib.

«Təzadlar»a daxil olan məlumatda da bu məzmunlu maraqlı məlumat verilir. Bildirilir ki, SOCAR-ın tabeliyində olan «Neftqazelmitədqiqatlayihə» İnstitunun əməkdaşları maraqlı faktları bölüşüblər… M.Qəhrəmanlı da əməkdaşımıza bu barədə bilgi verdi:

-İnstitutun direktoru İsmayılov Fəxrəddin Səttar oğludur… İnstitutun əməkdaşları bu günlərdə test və atestasiyaya hazırlaşmaları barədə xəbərdarlıq alıblar. İndi hamı həyəcan içindədir! Hamımı??? Nəticədə ixtisar olub olunmayacaqlarını demək çətindir. Amma son beş altı ayda instituta hardasa yetmişə yaxın işçi qəbul olunub. Hamısı gənclərdir. Özü də müsabiqədən kənar! Deyirlər ki, kimlərinsə dost, tanış və qohumlarıdır. İnstitut özü isə "ailə podratı» ilə işləyir…

-İşçilər deyir?

-Nəinki deyir, maraqlı faktları da təqdim edirlər… Məsələn, məlum olur ki, İnstitutun baş mühəndisi Fazil Həsənovdur. Onun isə oğlu, qızı və gəlini burada çalışır… Geofizika və geologiya departamentinin rəisi Şəkərovun isə arvadı, özü və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsi, katibənin oğlu və qızı və s. burada çalışır. Siyahi isə uzundur… Hətta bizə verilən məlumata görə, qohumlar «NİPİ Neftqaz"MMC vasitəsilə də instituta yerləşdirilir. Belə ki, institutun əksər vəzifəli şəxslərin uşaqları, yaxin qohumları həmin MMC-yə yerləşdirilir, sonra hansısa proqram vasitəsilə MMC-dən instituta keçdilirlər. Hazırda da proses davam edir. Kənardan gələnlər də var. Lakin İnstitutun "Qazın yoxlanması və analizi" laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də var idi. Dedilər ştat yoxur. Bax belə…Hətta institutda çalışan işçilər bizə yazırlar ki, qalan qohum-əqrabaların da siyahısını verməyə çalışacaqlar. Məsələ ondadır ki, test yoxlamalarından sonra bu qohumlardan kimsə kənarda qalacaqmı??? Qiyamət onda olacaq… buna islahat deyirlərsə, daha nə deyək?! //«Təzadlar»/

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər