Ağcabədidə 1500 hektar sahədə əkilmiş pambıq məhv olmaq üzrədir
Bu il hədsiz dərəcədə isti keçən avqust ayının əvvəlindən Meliorasiya və Su Təsərrüfatı” ASC-nin internet saytına baxanda ilk növbədə bu tip xəbərlər diqqəti çəkir: "Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır”; "Sabirabadda yeni nasos stansiya istifadəyə verilib”; "Ağdaş rayonunda 36500 ha əkin sahəsi suvarılır”; "Ağdamda mexaniki üsulla suvarma davam edir”; "Qazaxda əkin sahələrinin suvarılması davam edir”; "Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır”; "Suqovuşandan gələn su ilə Tərtərdə əkin sahələri suvarılır” və s.
Redaksiyamıza müraciət edən fermerlər yəqin həmin xəbərlərə baxanda ya inanmırlar, ya da fikirləşirlər ki, ASC onlara münasibətdə ayrı-seçkiliyə yol verir: "Araz çayından başlanğıc götürərək Beyləqan – Ağcabədi – Füzulidən keçən "Xan Qızı” kanalı vasitəsilə Ağcabədinin Qaradolağ, Yeni Qaradolağ, Aran, Mehrablı, Kəbirli kəndlərini su ilə təminatı "düyünə düşüb”. 500 ha pambıq sahəsinin hələ heç birinci mərhələ suvarılması yekunlaşmayıb. İkinci suvarma isə suyun yoxluğu səbəbindən hələ başlamayıb. Ümumiyyətlə, bu ərazidə 1500 hektara əkilmiş pambıq yanmaq üzrədir”.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib. Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilmiş, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılmışdır. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görünən odur ki, konfrans, iclas, tapşırıq – filan hamısı yalnız "gözdən pərdə asmaq” üçündür. Ortada əməli iş yoxdur. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatı üçün xeyirli hesab olunan pambıqçılığın perspektivini nəzərə alıb bu sahənin inkişafına dair Dövlət Proqramı üzrə xeyli vəsait ayırsa da, fermerlərə subsidiyalar verilsə də, görünən odur ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki struktur vahidlərinin vəzifəli şəxsləri öz funksiyalarını yerinə yetirməyərək pulları göyə sovururlar.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər