Prezident Ismayəllıda lyuks otelin açılışında iştirak etdi -
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda "Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Prezidentin İşlər müdiri Ramin Quluzadə onlara oteldə görülən işlər barədə məlumat verərək deyib ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan "Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

Ölkədə tikilən dəbdəbəli otellərin əksəriyyətinin açılışında İlham Əliyevin özü iştirak edir.

Elə araşdırmalar da həmin otellərin Əliyevlər ailəsinə və ya ailəyə yaxın adamlara məxsus olduğunu ortaya çıxarır.

Meydan TV "Basqal Resort & Spa” otelinin kimə məxsus olması ilə bağlı qısa araşdırma aparıb.

Məlum olub ki, otel sahibi kimi Prezidentin İşlər İdarəsinin sistem inzibatçısı Füzuli Mahmudovun adı hallanır. Bu ada otelin rəsmi saytının domenində də rast gəlinir. Belə ki, "basqalresort.az” saytının domeni birbaşa İT üzrə mütəxəssis Füzuli Mahmudovun rəsmi emaili ilə qeydiyyatdan keçirilib: [email protected].

Domain məlumatları və Füzuli Mahmudov
"Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun prezident, millət vəkilləri, o cümlədən digər vəzifəli şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir.
Belə olan halda İlham Əliyev özünün imzaladığı qanunu pozmuş məmurun adının hallandığı otelin açılışında niyə iştirak etsin? Və ya Prezidentin İşlər İdarəsi həm də prezidentin şəxsi obyektlərininmi "işinə baxır”? Çünki otelin tikintisini aparan şirkətin də arxasından məhz bu idarənin məsul şəxslərinin adı çıxır.

Belə ki, oteli "Kontinent İnşaat” MMC tikib. Yerli mətbuatın yazdığına görə, "Kontinent İnşaat” MMC-nin əsl sahibi Prezidentin işlər müdiri olmuş Oktay Şahbazovdur.

O, energetika naziri Pərviz Şahbazovun atasıdır. Şirkəti isə Oktay Şahbazovun kürəkəni Əli Hüseynov idarə edir.

Əli Hüseynov həmçinin "Paşa Həyat Sığorta” ASC şirkətində Direktorlar Şurasının üzvüdür.

Əli Abdulhüseyn oğlu Hüseynov həmçinin Azərbaycan Bank Olmayan Kredit Təşkilatının (BOKT) sahibidir.

O, Bakı Dövlət Universitetinin hüquq kafedrasının da müəllimi kimi çalışır.

"Kontinent İnşaat” MMC-nin adına mətbuatda tez-tez rast gəlmək olur. Elə bu ilin aprelində bir qrup Qarabağ qazisi mətbuata şikayət edərək onlarla qul kimi rəftar edildiyini deyirdilər.

Fəhlələrin sözlərinə görə, 40 saat əvəzinə 70 saat işlədilsələr də, əməkhaqqını ala bilmirlər.

Haqqını tələb edən qaziləri şirkətin müdiri Əli Hüseynov işdən qovmaqla hədələyir.

"Basqal Resort & Spa” otelinin yerləşdiyi ərazi bir məsələ ilə bağlı da diqqəti çəkir.

Otelin düz yanından AZAL prezidenti Cahangir Əsgərovun villasi var.

Meşənin içində, hasara alınmış 11 min kv.m ərazidə yerləşən bu malikanədə vəhşi heyvanların bəslənməsi ilə bağlı iddialar var.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər