Leriki kimlər XARABA GÜNƏ QOYUB... -
 
Əvvəl Orand kəndinin 100-dən çox sakini rayon rəhbərliyini, icra başçısının birinci müavini Cəlil Baxşıyevi, həmçinin rayonun deputatı İqbal Məmmədovu korrupsiya, məmur özbaşınlığı və qanunsuzluqda ittiham ediblər.

Onlar deputatın onlara məxsus olan əraziləri zəbt etdiyini, kəndə gələn suyun öz kartof sahələrinə çəkdiyini iddia edirdilər. Daha sonra rayonun iki kəndi Lerikdən ayrılmağa və Yardımlıya birləşməyə qərar verib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Sakinlər deyirlər ki, rayon qeyri-rəsmi 4 ərazidən – Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Amma əsas diqqət rayonun Zuvand ərazisinədir.

Rayonda nə baş verir? TEREF xəbər verir ki, Reyting.az-ın redaksiyasına Lerik rayonu ilə bağlı sensasiya doğuracaq faktlar daxil olub. Mənbələrimiz rayondakı əsas vəzifələri tutmuş şəxslərin siyahısını da redaksiyamıza təqdim ediblər:

"Hörmətli redaksiya! Siz yəqin ki, Lerik rayonunda vəziyyətin necə olduğunu bilmirsiniz. Lerik qeyri-rəsmi olaraq, Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Sizə vəzifədə olanların siyahısını təqdim edirik. Oxuyun, siyahıya göz gəzdirin, nəticə çıxarın. Görün durum nə yerdədir, ən çox hansı kənd sakinləri rayonda hegomonluq edir və bu qohum-qardaş zənciri ilə bağlanan şəbəkə rayonu hara aparır, ölkədə necə imic yaradır:

1. İqbal Məmmədov – Leriki Milli Məclisdə təmsil edən deputat (Zuvand – Rıvarud kəndi).

2. Cəlil Baxşıyev – Lerik rayon icra başçısının birinci müavini (Zuvand – Kələxan kəndi).

3. Arzu Vəliməmmədova – icra başçısın müavini (Zuvandlı) deputatın sinif yoldaşı.

4. Habil Məlikov – başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (Dırıqlı – Gürdəsər kəndi).

5. Əlipənah Bayramov – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi (Dırıq – Bülüdül kəndi). Bu həmin Əlipənah Bayramovdur ki, Cəlil Baxşıyevin tələbi ilə imkansız ailəyə ayrılan vəsaiti geri qaytarmasını tələb edir.Ətraflı videomaterialda- şok səs yazısı:

6. Araz Quliyev – Hüquq şöbəsinin müdiri (Dırıq – Ağçay kəndi).

7. Zamiq Əhədov – İcra Hakimiyyətində Ümumi şöbənin müdiri (Zuvandlı).

8. Kaməddin Məstiyev – Lerik şəhəri üzrə icra nümayəndəsi (Zuvandlı).

9. Zöhrab Salayev – Təhsil şöbəsinin müdiri – (Zuvand).

10. Mübariz Ağayev – Mərkəzi xəstəxananın baş həkimi. Hazırda TƏBİB-in Lənkəran rayonu üzrə direktoru. Lerikdə sakinlər üçün tikilən binanın vətəndaşlara rüşvət müqabilində satılmasında onun da adı hallanır. (Zuvandlı və İqbal Məmmədovun qohumu).

11. Eyvaz Babayev – Meşə Təsərrüfatının rəhbəri (Lerik şəhəri).

12. Vəliyulla Alışov – Rabitə qovşağının rəisi (Dırıqlı, amma Cəlil Baxşıyevin qohumu).

13. Hidayət Bəşirov – Rayon Veteranlar Şurasının sədri (Zuvandlı).

14. Elxan Qənbərov – Rayon Ağsaqqallar şurasının sədri (Zuvandlı-Borzovu kəndi) keçmiş YAP sədri. Cəlil Baxşıyevin yaxın adamı.

15. Elman Abbasov – Maliyyə şöbəsinin müdiri – (Zuvandlı – Cəngəmiran kəndi) Cəlil Baxşıyevin dostu.

16. Etibar Həşimov – Ziyalılar Birliyi (Zuvand – Rəzgöv kəndi).

17. Mübariz Quliyev – Mənzil Kommunal Təsərrüfatının sədri (Zuvandlı). Bu yaxınlarda yeni icra başçısı tərəfindən fəaliyyətsizliyi səbəbindən işdən qovulub.

18. Malik Mirzəyev – ƏƏSM-nin keçmiş rəisi, hazırda YAP rayon təşkilatının sədri. (Buruq kəndindən. Amma İqbal Məmmədov, Cəlil Baxşıyev və Mübariz Quliyevin qohumudur, bir tərəfi zuvandlı) Adı dəfələrlə korrupsiyada hallanıb. Ətraflı linkdə: My Webpage

19. Abdin Alışanov – Gigiyeva və Epidemiologiya mərkəzinin rəisi (Bir tərəfi züvandlı).

20. Aslan Mirzəyev – Qızıl Aypara Cəmiyyətinin rəhbəri (Zuvand).

21. Asiman Tağızadə – Baş mühasib (Zuvandlı). Cəlil Baxşıyevin qohumu.

Hörmətli redaksiya, "Lerikdə heç bir ayrı-seçkilik yoxdur”,- deyən İcra hakimiyyəti yəqin bu siyahıya da bir əmma tapacaq. Burda cəmi 2-3 fərqli bölgədən olan məmur var və onlar da Cəlil Baxşıyev-İqbal Məmmədov tandeminə bağlı adamlardır. Gedib araşdıra bilərsiniz…”.

Mövzu ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin də mövqeyinə yer ayırmağa hazırıq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər