İranlı Kusedgi Faradoun Heydaralı ilə Hacı Tofiqin işbirliyi..

Haqqında bəhs edəcəyimiz "Messenat” Holding Şirkətlər qrupu ilə bağlı bir məsələni xüsusi olaraq qeyd edək.
Belə ki, axtarış sistemində bu şirkətin ilk sahibi barədə heç nə yazılmır, bircə yerdə yazılır ki, Cəfər Vəliyev az müddət şirkətə rəhbərlik edib. Amma…
Əmması odur ki, Cəfər Vəliyev nə az, nə çox 2006-2012-ci illərdə şirkətin 1-ci prezidenti və əsl sahibi olub.
Kimdir Cəfər Vəliyev ?
Cəfər Vəliyev Azərbaycan SSR daxili işlər naziri (1978–1987), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (1992–2000) olub, general-leytenantdır, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.
İndi bəlli oldumu ki, bu qalmaqallı şirkətin keçmişi kiminlə bağlıdır.
Ümumiyyətlə, bu şirkətin üzərində xeyli SİRR PƏRDƏSİ var. Bu barədə növbəti yazılarda bəhs edəcəyik.
2006-cı ildə fəaliyyətə başlayan Messenat Holding şirkətlər qrupu MMC müxtəlif sənaye, xidmət, ticarət, kənd təsərrüfatı və s. şirkətləri birləşdirir.
MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə – "Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, "Bəhrəmtəpə-Çınqıl” ASC,
"İmişli Dəmir Beton” ASC,
"Muğan Su Elektrik Stansiyası” ASC,
"Qaradağ” ASC"Arbitr-H.T.İ Konsaltinq” MMC,
"Titanik” MMC,
"Mühafizəçi” MMC,
"Marka LTD” MMC,
"Viləş-A.A” MMC,
"Viləş-M.A” MMC,
"Kommunal” MMC,
"Aristokrat-İnşaat” MMC,
"Həbibli-LTD” MMC,
"GART” MMC, "RNT” MMC, "STR” MMC, "Hüquq” MTK, restoran, mehmanxanalar və "Konserv Məhsulları İstehsalı” firmaları daxildir.
Hazırda şirkətin qanuni təmsilçisi İsayev İsmayıl Avdlbarı oğludur. Əslində isə şirkət "Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevə məxsusdur.
Dəfələrlə Vergi Xidməti vergi borcuna görə, şirkəti məhkəməyə verib.
Görəsən milyonlarla gəliri olan bu şirkətin rəhbəri Tofiq İsayev nə üçün dövətin vergisini ödəmir..?
Tofiq İsayevlə bağlı mediada rast gəldiyimiz bir xəbər isə bizi sözün həqiqi mənasında sarsıtdı.

Şəhid atası yazır ki, "Messenat-Holdinq”in prezidenti Tofiq İsayevin məni altı ay get-gələ salması, yalan danışması, nə hacılığa, nə də tutduğu mövqeyə yaraşan hal deyil. O mənə ev verəcəyini demişdi, amma sözünə əməl etmədi. Hətta 13 (on üç) min manat pul təklif etdik ki, bizə tikdiyi binalardan bir otaq versin. O, bizi altı ay aldatdı. Hətta onunla görüşmək üçün dəfələrlə ofisinə getdim, yüzlərlə dəfə telefonla danışdıq. Sonuncu dəfə onun verdiyi cavab məni dəhşətə gətirdi: "Dövlət bizə şəhid ailəsinə ev verilməsinə icazə vermir!”
Axı, dövlət sənə münbit şərait yaradıb, cənab Hacı Tofiq..
Hacı Tofiq İsayev İmişlidə Heydər Əliyevin adına olan parkı özəlləşdirib. Belə demək olarsa, park 2010-cu ildən onun özəl mülkiyyətdədir. Gənclər Mərkəzi adı ilə parkda şadlıq sarayı, iki restoran, çayxana tikib, otel isə yarımçıq qalıb.
İmişli rayon sakinləri isə bir müddət əvvəl yuxarılara müraciət edərək rayonun iş adamı tərəfindən özəlləşdirildiyini vurğulayıblar: "Tofiq İsayevin İmişlidə mülkləri, gölləri, restoranı, daş karxanaları var. Bir sözlə, rayonun idarə edilməsində bu adamın rolu böyükdür. İmişlidə aparılan tikinti işləri Tofiq İsayevin tam nəzarəti altındadır. Onu daha çox "Titanik Tofiq” kimi tanıyırlar. Hazırda rayonun əsas nəqliyyat yollarının bərbad olmasının səbəbkarı da bu adamdır. İmişli-Bəhrəmtəpə yolu tamamilə sıradan çıxıb. Eləcə də, İmişli-Biləsuvar yolu. Tofiq İsayev Bəhrəmtəpə qəsəbəsi, Araz çayı sahili ilə qum-çınqıl daşıyır, "Kamaz”lar özünün, karxanalar özünün. İmişlinin sərvətini daşıması azmış kimi, insanların yolunu da dağıdır. Bu holdinq hətta rayonda yerləşən su elektrik stansiyasını da özəlləşdirib. Tofiq İsayev rayonun keçmiş icra başçısı, həbsdə olan Vilyam Hacıyevlə şərik olub.
Mətbuatın yazdığına görə, İmişlidəki bələdiyyə sədrlərinin çoxu Tofiq İsayevin adamlarıdır.
İş adamı Tofiq İsayev təkcə ticarət fəaliyyəti ilə məşğul olsaydı dərd yarı idi. Bu adamın radikal dini cərəyanlarla əlaqələri, şübhəli iş birliyi xeyli suallar doğurur.
Tofiq İsayevin İmişli rayonunda böyük məscidi var. Məscidə əsasən İrandan mollaların gəldiyi qeyd edilir. Mətbuatda zaman-zaman "Messenat Holdinq”in İran şirkətləri ilə əlaqəsindən də söz açılıb. Yazılanlara inansaq, ölkəmizdə xeyli vaxtdır fəaliyyət göstərən holdinqin əsas maliyyə mənbəyi 2001-2002-ci illərdə İran İslam Respublikasının ölkəmizdəki səfirliyində iqtisadiyyat şöbəsinin rəisi işləmiş Kusedgi Faradoun Heydaralıdır: "Bu faktın özü bir çox mətləblərdən xəbər verir. "İRAN KHODRA DİESEL” CO şirkətinin Azərbaycan filialının rəhbəri olan Kusedgi Faradoun Heydaralı ilə azərbaycanlı iş adamı Tofiq İsayevin xeyli sayda ortaq mülklərinin olduğu söylənilir. Faradoun Heydaralı Azərbaycandakı İran səfirliyində xidmət müddəti başa çatmamış diplomatik fəaliyyətdən qovulmuşdu. Onun yenidən Azərbaycana qayıtmasında Tofiq İsayevin xüsusi rolu olub. Tofiq İsayevin Şamaxıdakı dəyəri 1.5 milyon dollar olan villası, İmişlidəki mülkü, gölləri, restoranları məhz İranlı keçmiş diplomatla şərikli biznesin sayəsindədir. İran vətəndaşı olan Səid Tütünçüyə məxsus "Qələbə” kinoteatrı yaxınlığında dəyəri 1 milyonluq torpaq sahəsi də Tofiq İsayev tərəfindən ələ keçirilib. Bakıda və rayonlarda radikal və İranpərəst dini qruplaşmaların formalaşmasında mühüm rol oynayan Faradoun Kuseqdı Heydaralı Tofiq İsayevlə birlikdə tikinti sektorunda geniş fəaliyyət göstərib. Deyilənə görə Bakının Nərimanov, Binəqədi və digər rayonlarında bina tikintisi ilə məşğul olan iş adamı həm də Faradoun Kuseqdı Heydaralının bəzi planlarının əsas icraçılarından birinə çevrilib, xüsusilə İmişli rayonunda bəzi şəxslərin aktivləşməsində mühüm rol oynayıb”.
Gələn saylarımızda Hacı Tofiq İsayevin AXCP sədri Əli Kərimli və keçmiş spiker Rəsul Quliyevlə münasibətləri haqda yazacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Gundelik Bakı.com//

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər