Əmrullayevin PORTRET KORRUPSİYASI... -


 
Prezidentin portreti 495 manata məktəblərə verilir: "Elm” və "Təhsil” Nazirliyində korrupsiya var?

Bu suala məktəblərin təchizatı timsalında cavab verək!

Mənə məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər. Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır. Nazik dəmir profildən ayaqları, səthi taxta reykadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib. Ölkənin bir-çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının çatışmadığı, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir? Bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar.

Digər bir fakt isə adamı lap dəhşətə gətirir. Ölkədəki 44 günlük müharibəsinin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik və çərçivəyə alınmış banerin də qaimə qiyməti 350 manatdır. Bu banerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib və güya bizim nazirlik də müharibəyə öz töhfəsini verib. Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu banerin maya-dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Görürsünüzmü, hətta kimlərinsə ölümü ilə belə digərləri dirilmək yolunu necə tapır?
Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirib məktəblərə göndərilər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz. Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur…


Nazirliyin məktəblərə verdiyi mal-material və təchizatlar adətən kustar üsulla və sexlərdə hazırlanır. Burada məqsəd həmin aktivlərin qiymətini və maya-dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi və onlarn rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa heç olmazsa faktiki qiyməti maya-dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə verəydilər adama təsir etməzdi.

İndi siz deyin, məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də alternativ yolu tutub onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa günah kimlərdədir?

Kamran Əsədov, təhsil eksperti //aztoday.az//

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər