Babək rayonunda məhkəmə özbaşınalığı....
 
Babək rayon Məhkəməsi önündə özünü yandıran Nehrəm qəsəbə sakini İbrahim Abdullayevin səhhəti nisbətən yaxşılaşsa da həyatı təhlükə sovuşmayıb. O, hazırda Naxçıvan Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir. TEREF yazır ki, İbrahim Abdullayev "Gündəlik Naxçıvan"a intihara cəhd etməsinin səbəbləri və hazırkı vəziyyətlə bağlı yeni məlumatlar verib:
"Alı adlı məhkəmə icraçısı məni boğaza yığmışdı. Təhdid edirdi ki, əvvəlcədən 4 il soranın alimentini ödəyim. Bu, 5000 manat pul edir. Dedim ki, onsuz da hər ay ödəyirəm. İmkan verin, belə də davam etsin. Dedilər yox, 4 illiyi birdən ödəməlisən. Mən borc edib 1100 manatını verdim, dedim səbr edin, qalanını da düzəldərəm. O isə mənə vaxt qoydu ki, 5 saat içində 5 min manatı tapıb düzəltməsəm, məni həbs etdirəcək. Hansı qanunda yazılıb ki, alimen öncədən ödənməlidi, üstəlik 4 illik? İşsiz adam bu pulu necə ödəyə bilər? Çıxış yolum yox idi. Nahaqdan həbs olunmaq istəmirdim. Təhdidlər qarşısında dözmədim, məcbur qalıb özümü yandırdım.”
İbrahim Abdullayev məhkəmə icraçılarının onu intihara məcbur etdiyini bildirir:
"Bunu mən hüquq mühafizə orqanı əməkdaşlarına da bildirmişəm. Ancaq, təəssüf ki, indiyə kimi heç bir tədbir görülməyib. İstintaqın aparılıb-aparılmaması ilə bağlı bizə heç bir məlumat vermək istəmirlər. İşi ört-basdır eləmək istəyirlər. Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət hazırlamışam. Aidiyyatı qurumlardan bizə kömək etməyi, məni intihar hədinə gətirənlərin cəzalandırılmasını xahiş edirəm.”
İbrahim Abdullayev onu da bildirib ki, indiyə kimi rəsmilərdən heç kim onun səhhəti ilə maraqlanmayıb. Maddi imkanı olmadığından, xəstəxanada həkimlər də ona başdansovdu yanaşırlar:
"Maddi imkan olmadığından, Bakıda müalicəni davam etdirə bilmədik. İmkansızlıqdan anam xəstəxananın həyətində gecələyirdi, dava-dərman da pul tapmırıq. Məcbur qalıb, geri qayıtdıq ki, heç olmazsa, anam əziyyət çəkməsin. Burada isə mənə demək olar ki, baxmırlar. Pulsuz, kasıb adama kim baxar. Dərman nədir, bəzən adi yemək almağa pul tapmırıq. Bakıda həkimlər dedi ki, hələ həyatı təhlükə keçməyib, müalicəmi ciddi davam etdirməliyəm. Burada da dediyim kimi baxan yoxdu".
Nehrəm qəsəbə sakini İbrahim Abdullayev iyunun 22-də Babək Rayon Məhkəməsinin önündə üzərinə benzin tökərək, özünü yandırmışdı. O, məhkəmənin haqqında çıxardığı qərara etiraz olaraq bu addımı atdığını bildirir. İmkanı olmadığından, İbrahim Abdullayev ona kəsilən 4 illik alimenti, beş min manatı əvvəldən ödəyə bilməyib. Məhkəmə isə onun 5 min manatı dərhal ödənilməsi ilə bağlı qərar çıxarıb.
İbrahim Abdullayev özünü yandırdıqdan sonra Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılmışdı. Vəziyyəti ağır olduğundan, həkimlər onu Bakıya aparmağı məsləhət görüb. Bir müddət sonra səhhətində irəliləyiş yaranıb və o, yenidən Naxçıvan xəstəxanasına qayıdıb.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər