Zəfər Məmmədov
 
…Təzəlikcə sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Deməli, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən qovulan Səfər Mehdiyevin qılıncının dalı da, qabağı da kəsən vaxtları, yəni bu ilin mart ayında öz bahalı maşınında qadağan olunmuş siqnaldan istifadə etdiyinə görə DYP inspektoru onu saxlayır… Bunlar videoda əks olunub. Düzdür, S.Mehdiyevin, ancaq ayaq hissəsi çəkilib, amma onun səsini kim tanımır ki, maşından düşən kimi yol polisini "ə, nə həyasız adamasan, ə, maşının nömrəsi sənə bəlli deyil? Sirena vermirəm sənə? General-polkovniki saxlayırsan?”-deyərək inspektoru təhqir edir. Hələ üstəlik, DYP maşınının bort nömrəsini də soruşur. DYP əməkdaşı maşının bort nömrəsini elan edərək belə deyir: "Cənab general, nömrədə yazılmır axı, bunu kimdir sürən. Əmr ediblər ki, belə siqnal olmaz!”

Aldığımız məlumata görə, həmin DYP əməkdaşına S.Mehdiyev töhmət də verdirib. Bu video Səfər Mehdiyevin qanunlara necə tüpürdüyünün göstəricisidir. Deməli, S.Mehdiyev gömrüyün sədri olanda da qanunları beləcə ayaqlar altına atıb. Eyni zamanda gömrükdə müxtəlif vəzifələrə elə adamları tapıb yerləşdirib ki, onlar da göydə Allahı, yerdə qanunları heç vaxt tanımayıblar. Çünki gömrüyümüzün başında qanunu pozan Səfər Mehdiyev oturmuşdu...

***

Artıq bu gün Səfər Mehdiyev Gömrükdə yox, başqa yerdə oturur, yəni, artıq DGK-nin sədri deyil. Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini bu gün əvəz edən, vaxtilə Səfər Mehdiyev tərəfindən işdən azad edilmiş Şahin Bağırovdur. Ş.Bağırov işə başladığı ilk gündən S.Mehdiyevin bir neçə generalını işdən azad edib. Amma Ş.Bağırov bunların hansı birini azad etsin ki, Gömrükdə çalışan 4000 işçidən 1400-ü Səfər Mehdiyevin Nehrəmdən olan kəndçiləridir (Sonra da deyirlər ki, Naxçıvanda kəndlər niyə boşalır???). Birdən-birə Gömrüyü də tamam boş qoymaq olmaz axı. İnanırıq ki, hörmətli Ş.Bağırov S.Mehdiyevin Gömrükdəki sonuncu izinə qədər təmizləmə aparacaq və nəhayət, Gömrük Komitəsi ayrı-ayrı şəxslərin cibi üçün yox, dövlətin büdcəsi üçün işləyəcək.

Bəs Səfər Mehdiyevin gömrükdə hələ də at oynadanları kimlərdir???

Biz də öz növbəmizdə bu işdə Ş.Bağırova kömək etmək məqsədilə S.Mehdiyevin Gömrükdə indi də at oynadan, korrupsiya əməllərinə yol verən "kadrları” barədə məlumat vermək istəyirik. S.Mehdiyevin bu korrupsioner kadrları rüşvətin miqdarını bir az da qaldırıblar. Bununla da demək istəyirlər ki, baxın, S.Mehdiyevin vaxtında rüşvət bu qədər deyildi, amma Ş.Bağırov gələn kimi rüşvət qalxdı. Yəni, anti-reklam, gözdənsalma, sabotaj… Bütün bunlar Ş.Bağırovu gözdən salmağa yönələn addımlardır. Bəs, kimdir odda yanmaz, suda batmaz bu "kadrlar”?

Redaksiyamızın elektron poçtuna çox maraqlı bir məktub daxil olub. Bu məktubdan görünür ki, yazan vicdanlı bir adamdır. Məktubda isə olduqca maraqlı məlumatlar var. Əvvəlcə, məktubun sahibi ilə əlaqə saxladıq və şikayətçinin real insan olduğunu müəyyən etdik. Anonim olmayan məktubda bizə verilən çox maraqlı məlumata görə, həm Dövlət Gömrük Komitəsində, həm də yerlərdə S.Mehdiyevin kadrları özlərini əvvəlki vaxtlarda olduğu kimi, çox sərbəst aparırlar. İndi gəlin, konkret faktlara keçək…

Vaxtilə Əmək Məcəlləsinin 70-c bəndi ilə gömrükdəki vəzifəsindən qovulan Zəfər Məmmədov Bakı Baş Gömrük İdarəsinin "İpək yolu” Gömrük postuna necə rəis təyin edilib???

BU BARƏDƏ NÖVBƏTİ YAZIDA... //tezadlar.az//

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər