Qəbələdə meşə fonduna aid torpaqları əvvəl satırlar, sonra da cərimə yazırlar - ÖZBAŞINALIQ!
 
 
Qəbələdə meşə fonduna aid torpaqları əvvəl satırlar, sonra da cərimə yazırlar
Qəbələ rayonundan olan etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinə aid meşə dolayında dövlət meşə fondu torpağı obyekt yeri kimi satılıb və artıq orada kafe tikmə üçün bir sıra tikini işləi – "besedka” deyilən bölmələr də tikiib. Lakin sözügedən obyektdə gedən tikililərin inşasına "stop” qoyulub.
Məlumat verən mənbə qeyd edir ki, sözügedən 3 ha yerə görə adının hallanmasını istəməyən sahibkar 55000 manat pul da ödəmişdir. Lakin sənədləşmə aparılmadığına görə tərəflər arasında narazılıq baş verib. Vəndam sakni pullarını geri istəyib. Qəbələ RMTM-dən ona bildiriblər ki, pullar "yxarı” gedib, qaytarmaq mümkün deyil. Yerli sahibkar pullarının qaytarılması üçün bütün yuxarı direktiv orqanara şikayətlər yazıb. Həmişə oluğu kimi bu dəfə də Baş Prokurorluq məsələ ilə bağlı araşdırma aparılmasını ETSN rəhbərliyinə həvalə edib. Nazirliyin Meşə Depertameti rəhərliyinin Qəbələyə ezam etdiyi işçiləri Vəndam kəndi yaxınlğındakı meşə ərazisində "qanunsuz” tikilən bir neçə "besedkya” görə sahibkara 50000 manatlıq cərimə aktı tərtib edib cəzalndırmışlar. Yəni, başa salmaq isəmişlər ki, "ağıll ol”. Bundan sonra iş adamı yenidən yuxarı orqanlara şikayətlərini davam etdirmişdir. Bu dəfə Baş Prkurorluq yanında Korrupsyaya Qarşı Mübaizə İdarəsi arşdırmaya başlamışdır. Məsələdən xəbər tutan ETSN-nin Meşə Deperament müdiri olmuş Xıdırov Namiq başlanmış istitaqdan yayınmaq üçün dərhal işdən çıxma barəsində əriəzsini yazaraq 153 000 manata aldığı qara rəngli TOYOTA "Land GRUSER” avtomobilinə minib "dabanına tüpürmüş” və qaçıb Xətai rayon İcra Haimiyyətində işləyən dayısıına sığnmışdır. Budur, məsələ ilə bağlı son aldığımız məlumatdan aydın olur ki, avqusun 4-də də Korrupsiya İdrəsi araşdırma üzrə cinayət işinin başlanması üçün şikayətçi və meşə işçilərini Bakıya gəlməyi tapşırmışlar. Araşdırma davam edir.
Mənbənin bildirdiyinə görə, obyekt yeri külli miqdarda ( 55000 mant) pul müqabilində satılan yerin məbləğin əsas qismi də Ekologiya və Təbii Sərvətlər Nazirliyində bölüşdürülüb.
Mənbəmiz onu da bildirir ki, obyek kimi icaryə verilən belə yerlər İsmayıllı-Oğuz magistral yolunun üzərində çox rast gəlmək olar. Məsələn, belələrindən ən böyüyü İsmayıllı şəhərinin Qəbələ istiqamətidə çıxışında yolun sağında yerlşən palıdlıq meşədə "ORMANLIQ” adlı restoran çoxandır ki, fəaliyyət göstərir. Hər ili yolumuzu buradan saldıqda restoran ərazisinin günü güdən böyüdüyünün , burada tikilən daş obyektlərn sayının artdığının şahidi oluruq. Hətta iş o yerə çatıb ki, burada toy və nişan məclislərinin keçirilməsi üçün çoxaylı məclis əhlini yerləşməsi üçün şəraitlər də yaradılıb. Əlbttə ki, yaşı 200-ü keçmiş palıd ağaclarının hesabına. Mənbənin bildirdiyiə görə belə yol kənarında meşələrin iaşə obyekti kimi icarəyə verlməsi üçün müqavilə müddəti Meşə Məcəlləsin uyğun madəsinə görə 10 il hesablanıb və hər hektar meşəyə görə sahibkar ən azı 10000 manat "rüsum” ödəmək zorundadr. Belə nəticəyə gəlirik ki, meşələrimiz və ümumiyətlə təbiətimiz şəxsi maraqlar ilə tənzimlənir.
Ümidvarıq ki, dövlətimizin başçısı cənab prezident İlham Əliyev milli sərvətimiz olan təbiətimizin reallıqda qorunması üçün meşəçilk anlayışı olmayan, ETSN-nə toplanmış çoxsaylı SOCAR kadrlarından azad olunması üçün kadr islahatlarının həyata keçirilməsinə tezliklə start verəcəkdir.
Çox təəssüflənirik ki, ETSN əməkdaşları vəzifə borcu olan təbiətimizi qorumaq əvəzinə, ondan daha çox qazanc əldə etmək barədə fəaliyyətə üstünlük verirlər.

Aktualinfo.org

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər