Valideynləri ayrılmış uşaqların anaları ilə görüşməsi gizlədilib (?) -
 
 
Ağdamdakı yurd – yuvasından didərgin düşmüş , Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b saylı komada məskunlaşan 2-ci dərəcəli əlil İbrahimov Elçin Əfqan oğluna iki tələbə oğlu ilə birlikdə ödənilən ünvanlı dövlət sosial yardımının müddəti bu ilin martında bitib. Yenidən sənədlərini ƏƏSMN-in elektron sisteminə göndərən yardıma ehtiyacı olan vətəndaşın 5 aydır gözləməkdən "gözünün kökü saralıb”. "Bu gün- sabah” deyə-deyə bu günlərdə 142 çağrı mərkəzindən bildiriblər ki, yardımdan imtina edilib. Səbəbi isə çox ilgincdir. Sən demə, əlil ata evdə olmayanda ayrıldığı həyat yoldaşı uşaqları ilə evdə görüşübmüş! (?) Ananı uşaqları ilə bir yerdə "cinayət” başında yaxalayan sosial məmurlar- "cinayət axtarışı agentləri” bu "əsas”la "donos” raportu” yazıb, imtinaya nail olublar.
İndi əlil vətəndaş, yurdu işğaldan azad olunan və hələ də minalardan köçməyə yaramayan məcburi köçkün ailəsi çarəsiz durumdadır. "Suçu” o qədər böyükdür ki, əfvə də düşmür. Gərək dövlət sosial yardım orqanlarına yalan məlumat verməyəydi, düzgünü deyəydi ki, uşaqları rəsmi qaydada ayrıldığı anaları ilə görüşür. (?) Bu məlumatı gizlətməsi isə yardım verilməsindən imtinaya əsas olub.
Maraqlıdır, bəyəm ananın balaları ilə görüşməsi cinayətdir? Lap olsun, bu cinayət ünvanlı sosial yardımın verilməsindən imtinaya necə əsas ola bilər? Bəyəm ananın uşaqları ilə görüşməsi ailənin maddi gəlirini artırır? Axı ana heç yerdə işləmir! Belə çıxır, ana balaları ilə, həyat yoldaşı ilə düşmən olmalıdır? Bu necə sosial yardım siyasətidir?
Ümid edirik ki, rəhbərlik sosial "cinayət” agentlərinin özbaşınalığına son qoyar və ailə əfvə düşər.
Məğrur Bədəlsoy
Teref.az

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər