Oğuzda tibb işçisi belə görüntüləndi... - Xəstələr qalıb bir yanda...
 
Oğuz rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahidlərindən biridir və bu rayon 08 avqust 1930-cu ildə təşkil olunmuşdur. Bundan əlavə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan bu rayonda, insanların neolit dövründə məskunlaşmaları tarixi faktlarla sübuta yetirilib. Əvvəllər bu rayonun adı Vartaşen olsa da, 1991-ci ilin fevral ayının 7-də Ali Sovetin birinci sessiyasında rayonun adı dəyişdirilir və Oğuz rayonu adlandırılır. Bu rayon respublikamızın səfalı və mənzərəli bir guşəsində yerləşir və hal-hazırda Oğuzda icra başçısı vəzifəsini Qurbanov Eyvaz Daşdəmir oğlu daşıyır. Qeyd edək ki, bu şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə, RİH-nin başçısı vəzifəsinə təyin edilmişdir. Bütün bunlara baxmayaraq, hal-hazırda Oğuzun əksər sahələrində RİH-i başçısının fəaliyyətsizliyi ucbatından problemlər aşıb-daşır, vətəndaş narazılığı, giley-güzarı və s. "pik nöqtə”yə çatır. Eyvaz Qurbanov ötən 11 il ərzində icra başçısı vəzifəsini daşısa da, bu rayonun digər sahələrində olduğu kimi, səhiyyə sahəsində də acınacaqlı durum hökm sürməkdədir. Məsələn, adicə MRX-da mövcud olan şəraitsizlik ucbatından problemlər sərhəd tanımır.


Son vaxtlar isə Oğuz MRX-nın nəzdindəki səhiyyə müəssisələrində baş alıb gedən çoxsaylı qanunsuzluqların, süründürməçilik hallarının, həddi-hüdudu bilinməyən haqsızlıqların, sakinlərin etdikləri giley-güzarların və s-lərin varlığı, məhz ölkəmizin əksər nüfuzlu media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilmişdir. Bugünlərdə redaksiyamıza MRX-da şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin iş saatlarında qumar oynaması ilə bağlı çəkiliş təqdim olunub ki, bu da birbaşa Azərbaycan səhiyyəsi üçün "üzqaralığı” deməkdir. Yəni, təqdim olunan çəkilişə diqqət yetirdikdə sanki şoka deyil, birbaşa "şökə” düşməli olduq. Deməli, Kazım həkimin çalışdığı iş yerində qumar oynaması onu sübut edir ki, bu səhiyyə müəssisəsinin rəhbərliyi də yerində olmayan şəxsdir. Əgər bu belə olmasaydı, o halda şöbə müdiri vəzifəsini daşıyan bu şəxs çalışdığı iş yerini qumarxanaya çevirməzdi?

Bir xatırlamanı yada salaq ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub və bununla bağlı 27 yanvar 1998-ci il tarixdə mərhum prezidentimiz Heydər Əliyev Sərəncam da imzalayıb. O halda sual oluna bilər ki, görəsən Oğuz MRX-da şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin, qeyd olunan Sərəncamdan irəli gələn tələblərə əməl etməməsinin kökündə nələr durur? Məsələnin daha maraqlı və düşündürücü tərəfi odur ki, redaksiyamıza təqdim olunmuş belə bir çəkilişlə bağlı Kazım həkimə zəng edib mövqe öyrənməyə çalışdıqda o, "Artıq siz 4-cü nəfərsiniz ki, bu mövzu ilə bağlı mənə zəng etmisiniz. Başa düşün ki, şəkil pandemiya dövründə çəkilib. Yaxşı olar ki, çəkilişi sizə təqdim edən şəxsi yanıma göndərin, mən ona həyatı başa salaram. Siz belə bir telefon zənglərinizlə məni şantaj edirsiniz” cavabını verdi. O halda dərk edib başa düşdük ki, hələ də bu şəxs öz hikkəsindən əl çəkməyib və etdiyi hərəkətlərinə hansısa formada haqq qazandırmaq niyyətindədir. Bəli, şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin nələri düşünməsindən, nələri götür-qoy etməsindən asılı olmayaraq bəlli olan odur ki, bu şəxs iş saatlarında və özünəməxsus iş otağında qumar oynamaqla məşğul olur. Qaldı ki, bu şəxsin "Siz məni şantaj edirsiniz” cavabına, o halda sual oluna bilər ki, əgər şantaj olunursuzsa, nə əcəb bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmirsiniz? Deməli, torbada "qara pişik” var ki, müraciət etməyi məsləhət görmürsünüz.

Daha usandırıcı hallardan biri isə, Kazım həkimin mövqeyini, işgüzar nüfuzunu, ləyaqətini, daşıdığı vəzifəsinin imkanlarını və s. qorumağa çalışan Pərvanə Əsgərova adlı bir xanımın "qalxan” rolunda rol oynaması oldu. Yəni, redaksiyamıza təqdim olunan çəkilişlə bağlı şöbə müdirinə zəng etməyimiz və qarşı tərəf olaraq Kazım həkimdən mövqe öyrənməyə çalışmağımız, birbaşa Pərvanə xanımın "çesti”nə dəyir. Belə bir səbəbdən də bu xanım 077-552-15-65 nömrəli telefonla zəng edib, bizə qarşı "səlib yürüşü”nə başladığını elan etdi. Amma, necə? Elə bu necəliyin mahiyyətini hər kəsin diqqətinə çatdırmağı özümüzə borc bildik ki, "qalxan” rolundan rol oynayan bu xanım telefon danışığı zamanı heç bir etikaya sığmayan, nə əxlaqımızla, nə də ki, mənəviyyatımızla uzlaşmayan söyüş sözlərindən, hətta heçbir halda qadın adına yaraşmayan ifadələrdən də istifadə etdi. O halda dərk edib başa düşdük ki, Pərvanə Əsgərovanın özünü və sözünü "Ərəbzəngi”yə bənzətməsinin bəzi əmmaları var. Yəni, ola bilər ki, bu xanımın bizə qarşı atdığı "riskovı addımlar”a Kazım həkimin qumar oyunlarından əldə etdiyi gəlirlər öz təsirini göstərir. Ola bilər!

Baş verən belə bir olaylar onu söyləməyə əsas verir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” İdarə Heyətinin sədri cənab Vüqar Qurbanov və Oğuz MRX-nın rəhbərliyində olan vəzifə sahibləri, şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin hərəkətlərinə laqeyid qalmalarında hansısa amillər təsir edir. Əgər bu belə olmasaydı, o halda çoxdan Kazım həkim "məhşər ayağı”na çəkilərdi. Deməli, ...

Nyus.Az.

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər