Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR -
 
 
Təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təmtəraqlı şəkildə "QHT Nəşriyyatı” yaradıldı. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrıldı.

Agentliyin müşahidə şurasının sədri Azay Quliyev bəyan etdi ki, nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə oldu, şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başladı. Üstəlik, bütün qalib QHT-lər məcbur edildi ki, çap işlərini "QHT Nəşriyyatı”nda həyata keçirsinlər.

Məsələ ilə bağlı bir qədər araşdırma apardıq. İlkin əldə etdiyimiz məlumat o oldu ki, 1 milyon manat vəsaitin nəşriyyatın yaradılması üçün ayrılmasına Maliyyə Nazirliyi etiraz edib. Uzun müddət danışıqlar aparıldıqdan sonra QHT Şurası vəsaitin ayrılmasına nail olub. Sənədlər üzərində həmin vəsaitin konkret hansı şirkətə və ya quruma ayrılması, habelə tender keçirilməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat açıq olmayıb. Çünki "QHT Nəşriyyatı” yeni yaradılmamışdı, sadəcə mövcud olan nəşriyyatın adı dəyişdirilmişdi. Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus "Əbdüloğlu Nəşriyyatı”nın adı dəyişdirilərək "QHT Nəşriyyatı” olub. Beləliklə, dövlət büdcəsindən ayrılmış 1 milyon manata bir neçə dəmir parçası alınaraq, külli miqdarda vəsait sənədlər üzərində silinib.

Əməkdaşlarımızın uzun axtarışından sonra "QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapdıq. Orada qarşılaşdığımız mənzərə çox acınacaqlı idi. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Yəqin ki, aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcəklər.

Azay Quliyevin pafoslu şəkildə "QHT Nəşriyyatı”nın əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.

Sual edirik: Binəqədi sakinlərinin seçimi əsasında parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər havadarlıq edir?

Ümid edirik ki, bu sualların cavablarını aidiyyəti qurumlar araşdırmaqla verəcəklər.




KONKRET.az

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər