Ekologiya Nazirliyinin nəzərinə -
 
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən meşə zolağı məhv olmaq təhlükəsi ilə üz-üzədir. İsti yay günlərində nəinki gündə, heç həftədə də bir dəfə sulanmayan ağacların əksəriyyəti artıq quruyub. Burada susuzluqdan quruyan təkcə şam ağacları deyil, ətrafda hər yerdə alaq otları və tikanlar gözə dəyir. Demək olar ki, ərazinin hər yerində sür-sümük, məişət tullantıları var. Fakt odur ki, abadlaşdırılacağı təqdirdə on minlərlə paytaxt sakininin dincələ, bir udum təmiz hava ala biləcəyi bu yaşıllıq zolağı zibillik, natəmizlik, üfunət içində batıb gedir. Qəsəbə sakinləri bildirirlər ki, oradakı ağaclara baxan yoxdur.

Həmçinin, ağacların qəsdən məhv edilməsi hallarına da rast gəlinir. Sakinlər əlavə edirlər ki, son 20 ildə ağacların sayı xeyli azalıb.
Ətraflı

TEREF.AZ yazır ki, Demokrat.az məsələ ilə bağlı araşdırma aparıb.

Sabunçu rayon İcra Hakimiyyətinin rəsmisi Müslüm Mahmudov saytımıza açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfat Birliyi və Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlayaq. Daha sonra İcra Hakimiyyətindən gələn bir zənglə məsələnin arasdırılması ilə bağlı işlərə başlanacağı qeyd olundu. Nə qədər qəribə də olsa, hətta bizdən ərazinin ünvanı soruşuldu.

Araşdırma aparılacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də vəd verir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza deyildi ki, araşdırmaların nəticəsi barədə cəmiyyətə açıqlama veriləcək.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, həqiqətən də, bu ərazi çox baxımsız saxlanılır. Ekspert qeyd edib ki, şəhərimizin bir neçə yerində böyük yaşıllıq sahələri olsa da, artıq onlar baxımsızlıq ucbatından məhv olmaq üzrədir:



"Bilirik ki, şam ağacları və digər ağaclar şəhərin ekologiyasına ciddi töhfə verir. Amma, bəzi hansısa qüvvələr qəsdən oranı baxımsız saxlayır. Mən həmin ərazini yaxşı tanıyıram və dəfələrlə orada olanda cürbəcür quşlar, heyvanlar olduğunu görmüşəm. Yəni, orada artıq müəyyən fauna, flora sistemi yaranıb, amma kimlərinsə ora gözü düşüb. Çünki meşənin bir tərəfində artıq villalar var. Ümumiyyətlə, ora çox sakit və yaşıllıq yerdir, həmçinin də bahalı ərazidir. Çox güman ki, oranın quruması böyük bir biznes imkanları açacaq. Burada söhbət yüz milyonlarla puldan gedir. Həmin ərazidə villalar, elit binalar, biznes mərkəzləri tikmək olar. Ona görə də, buranın təbii şəkildə quruyub yoxa çıxması kimlərəsə sərf edir, çünki açıq-aşkar şəkildə qıra bilmirlər”.


Ekpertin sözlərinə görə, sovet dövründə ölkəmizdə bu kimi böyük yaşıllıq sahələri olub, lakin artıq çoxu məhv olub:

"Hesab edirəm ki, onların suvarılmaması, baxımsız qalması qəsdən olur, bunun başqa adı yoxdur. Buna baxan orqanlar var, cavabdeh məsul təşkilatlar bununla bağlı ciddi məşğul olmalıdır. Bakıda belə bir yerlər çox azdır, belə çıxır ki, bunu da qəsdən edirlər. Çünki arada bir suvarılma, baxım olsa, meşələr bu vəziyyətə düşməz. Meşənin bəzi yerlərində artıq keçəllik yaranıb, boş sahələr var. Neftçilərdə aşağı düşəndə məscidin yanında görünür, böyük hissəsi boşdur. Orada vaxtında tinglər əkilsəydi, daha sıx yaşıllıq yaranardı. Amma, nəinki tinglər əkilib, onun yanında bir kafe açılıb ki, meşənin içini zəbt edib, halbuki, bu qadağandır. Ona görə də, hesab edirəm ki, bu məsələ ictimailəşməlidir. Cavabdeh təşkilatlar cəzalandırılmalıdır. Yaxşı olardı ki, jurnalistlər oradan bir reportaj hazırlasınlar. Əgər biz nəzarət etməsək, əminəm ki, yaxın 1-2 ildə bu meşə massivindən əsər-əlamət qalmayacaq. Onun yerində biz yeni binalar, villara görəcəyik. Beləliklə, şəhərimiz yaşıllıq sahəsini itirib, səhra şəhərinə çevrilir”.


Aynurə Pənahqızı
Demokrat.az

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər