Coşqun Əhmədzadə çətin durumda…
 
Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və daha bir general – Ehtiram Xəlilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifədən azad olundu. Məlumata görə, istintaq və yoxlama işləri bitənə qədər Səfər Mehdiyevin ölkədən çıxışına stop qoyulub.

Hesablama Palatası, Maliyyə nazirliyi əməkdaşları və daha bir neçə qurum S.Mehdiyevin bütün illərdəki fəaliyyətini araşdırır, hətta onun həbs olunacağı gözlənilir.

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

Amma nədənsə sahibkarların həm də əsas süründürməçiliyə məruz qaldığı Sumqayıt Baş Gömrük İdarəsində yoxlamaların aparılması ilə bağlı heç bir məlumat yoxdur. Hansı ki, son günlərə kimi, sahibkarlar məhz Sumqayıt Baş Gömrük İdarəsindən narazılıq edirdilər.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri Coşqun Əhmədzadədir. Səfər Mehdiyev bu yaxınlarda onu bu posta Bakı Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsindən gətirib.

Coşqun Əhmədzadənin Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri postuna təyinatının isə özəl təfərrüartları var. Bu barədə Dövlər Gömrük Komitəsində hər kəs danışır. İddia olunur ki, Coşqun Əhmədzadə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi postuna 700 min manat verərək təyinat alıb. Bu prossesdə hazırda həbsdə olan general Məsum Rəsulovun müavini Fikrət Ələsgərli yaxından iştirak etdiyi deyilir.

Məlumata görə, pul Fikrət Ələsgərlinin əli ilə Məsum Rəsulova verilib. Yəqin ki, Rəsulov da Səfər Mehdiyevə çatdırıb. Bir sözlə, Coşqun Əhmədzadə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi postuna təyinat almaq üçün 700 min manat "tərləyib”. Bu faktlar hələlik nə təkzib, nə də təsdiq olunmur.

Məlumatı dəqiqləşdirmək üçün nə Fikrət Ələsgərlinin, nə Səfər Mehdiyevin, nə də Məsum Rəsulovun mövqeyini öyrənmək mümkün deyil.

Daha bir eksklüziv məlumat Sumqayıt Baş Gömrük İdarəsində "kral” kimi tanınan Yusif Eyvazovla bağlıdır.

Bildirilir ki, Eyvazov general Məsum Rəsulovun müavini Fikrət Ələsgərli ilə yaxın iş birliyində olub. Həmin Yusif Eyvazov ki, adı gəldikdə Sumqayıt gömrüyündə quş uçmaz. Sumqayıt Baş Gömrük İdarəsi demək olar ki, onun əsarətindədir.

Qeyd edək ki, Yusif Eyvazov uzun illər Sumqayıt Baş Gömrük İdarəsində çalışıb. Daha sonra yaranmış ciddi problemlər səbəbindən müvəqqəti olaraq Biləsuvar Gömrük Postuna göndərliib. Bir neçə ay bundan əvvəl isə yenidən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin huquq şöbəsinə yüksək vəzifəyə gətirilib. Çünki, Yusifsiz nə Məsum Rəsulovun işi getməzmiş, nə də Fikrət Ələsgərlinin…

Hazırda xaricə qaçdığı deyilən Fikrət Ələsgərlinin nəzarətində çoxlu sayda qanunsuz fəaliyyət göstərən şirkətlərin də olduğu bildirilir. Ələsgərli bu qanunsuz şirkətlərə məxsus malların dəyərinin aşağı göstərilməsində yaxından iştirak edirmiş.

Bu nə deməkdir?

Bu barədə bir qədər müfəssəl məlumat verək ki, oxucular üçün daha aydın olsun.

Məlumatlı mənbə bildirir ki, Fikrət Ələsgərlinin özünə və yaxın ərtafına məxsus şirkətlərin ölkəyə gətirdiyi yük ekspertizadan keçərkən 3 dəfə artıq çıxırmış. Yəni, 30 min manat bəyan edilən yük yoxlama üçün açılan zaman bəlli olurmuş ki, 30 min manatlıq deyil, 100 min manatdan da çoxdur. Bu isə qanunla qadağandır, bəyən edilməyən yük hesab olunur və 45 min manatdan artıqdırsa cinayət məsuliyyəti yaradır. Amma bu problem Fikrət-Yusif cütlüyünün asanlıqla həll edə biləcəyi məsələ imiş.

Bu cütlük əllərindəki imkan və səlahiyyətlərdən istifadə edərək 100 min manatdan da çox olan yüküm qimətini 30-40 min çivarına qədər azalatmağı bacarırmış. Bununla da həm özlərinə məxsus qanunsuz fəaliyyət göstərən şirkətlərin sahiblərini cəzadan qoruyurmuşlar, həm də bəyan edilməyən, vergisi olmayan, heç kimin xəbər olmayan pulu asanlıqla qazanırmışlar.

Üstəlik 100 min manatlıq yük 30 min manat bəyan edildiyi halda rüsum da, vergi də az ödənilir. Bu o deməkdir ki, onlar dövlət büdcəsindən milyonlar gizlədiblər və ya oğurlayıblar. Yəqin ki, bunların əməlindən Səfər Mehdiyevin də, Məsum Rəsulovun da xəbəri olmaya bilməzdi.

Məlumatda səslənən iddialara aydınlıq gətirmək istəyən qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. (Qlobal.az)

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər