Masallıda nələr baş verir?
 
Kriminal qruplaşmalarla iş birliyində olduğu deyilən Nəsimi Cəfərovun daha yüksək posta gətirilməsində kimlər maraqlıdır?
Təxminən 42-45 gün öncə Masallı rayonunda birinci qrup əlil Emin Əhədov Azər və Spartak Nadirov qardaşları tərəfindən döyülüb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin sözlərinə görə fakt üzrə Masallı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb və araşdırma davam etdirilir. Hələlik cinayət işi üzrə heç kim təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməyib. Maraqlıdır ki, niyə?
Emin Əhədovun atası Əhəd Əhədov istintaqın ləngidilməsindən, prosessual hərəkətlərin qərəzli və qeyri-obyektiv aparılmasından narahat olduğunu bildirir. Əhəd Əhədov deyir ki, polis əməkdaşı Nəsimi Cəfərov da hadisə baş verən yerdə olub: "Azər və Spartak Nadirov qardaşları mənim oğlum birinci qrup əlil Emin Əhədovu döyəndə polis əməkdaşı Nəsimi Cəfərov kənarda durub olanları seyr edirmiş. Halbuki, o, ictimai asayişi qoruyan şəxs kimi birbaşa müdaxilə etməli, cinayətkarları saxlamalı idi. Ancaq bunun tam əksi baş verdi. Bilirsiz niyə? Çünki Nəsimi Cəfərov Azər və Spartak Nadirov qardaşları ilə yaxın münasibətdədir. Ona görə də mənim oğlumun qanı batırılır".
7GÜN TV olaraq əldə etdiyimiz məlumata görə Nəsimi Cəfərovun Masallı rayon Polis Şöbəsinin rəisi Azay Ağayevlə yaxın əlaqələri var. Hazırda Nəsimi Cəfərovun vəzifədə irəli çəkilməsi üçün Azay Ağayev dəridən-qabıqdan çıxır. Eşitmişik ki, Azay Ağayev Nəsimi Cəfərovu Cinayət-Axtarış Bölməsinə rəis təyin etdirmək üçün hərəkətə keçib. Hətta, artıq Nəsimi Cəfərovla bağlı Daxili İşlər Nazirliyinə təqdimat da göndərilib.
Əhəd Əhədovun sözlərindən belə məlum olur ki, Nəsimi Cəfərov rayondakı kriminal qruplaşmanın başında duranlardan biridir?! Belə olan halda onun böyük bir rayonda mühüm posta təyin edilməsi ciddi problem deyilmi?
Mövzunu diqqətdə saxlayacağıq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər