Hazırda bütün dünyada qlobal bahalaşma, xüsusilə ərzaq təhlükəsizliyi ilə bağlı problemlər davam edir. Neftin qiymətləri nə qədər yüksək olsa da, büdcə gəlirlərimiz artsa da, inflyasiyanın sürətinə ciddi təsir göstərmir. 
 
Azərbaycanda həyata keçirilən anti-inflyasiya tədbirləri haqqında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Nazirlər Kabineti bahalaşmaya qarşı tədbirlər planını təsdiq edib.
 
Deputat deyib ki, hazırda ona əsasən müvafiq addımlar atılır: 
 
"Amma mən hesab edirəm ki, bahalaşma ciddi problemə çevrilir və xaricdə qiymət artımı, Azərbaycanın da idxaldan asılılığı olduğu üçün qarşısını almağa əlavə tədbirlər lazımdır. 
 
Bəzi möhtəkirlər də inflyasiya fonunda yaranmış vəziyyətdən istifadə edir, süni qiymət artımına gedirlər. Ona görə, əlavə müavinətlərə və aztəminatlı ailələrə kompensasiyaların verilməsinə, maaş və pensiyalara baxılmasına ciddi ehtiyac var. Çünki insanların alıcılıq qabiliyyəti azalır, inflyasiya, qiymət artımı sürətlənir". 
 
O qeyd edib ki, istənilən halda bahalaşma qaçılmazdır:
 
"Bu, dünyada gedən prosesdir. Azərbaycan ərzaq istehsal edir. Düşünürəm ki, bəzi məhsulların istehsalını artırmaqla yanaşı, bir sıra məhsulların da istehsal prosesini öyrənib, Azərbaycanda tətbiq etmək lazımdır. Elə məhsullar var, biz özümüz istehsal edə bilərik, sahibkarlara bununla bağlı dəstək lazımdır. Güzəştli kreditlər ayırmaq, sahibkarları istehsala cəlb etməyə ehtiyac var". 
 
Deputat neftin qiymətinin yüksək olması səbəbindən büdcəyə əlavə vəsait daxil olduğunu da vurğulayıb:
 
"Amma bu xərclərin istiqamətləndiyi tək sahə ərzaq təhlükəsizliyi, anti-inflyasiya deyil. Müdafiə xərcləri, Qarabağda quruculuq işləri, infrastruktur layihələri, ehtiyat ərzaq məhsullarının alınması və s. sahələrə də diqqət ayrılır. İnflyasiyanın azaldılması, sahibkarlığa şərait yaradılması üçün Rəqabət Məcəlləsinin yaradılmasını da istəyirik. Güman ki, bu, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq".

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər