Bərdədə fermerlər ciddi ziyanla üzləşiblər.

Gübrənin bahalaşması tonlarla soğanın məhv olmasına səbəb olub.

Qiymətin bahalığı məhsulu vaxtında gübrə ilə təmin etməyə imkan verməyib. Bazarda soğan qıtlığının yaşanacağı, qiymətin isə baha olacağı ehtimal edilir.

Fermerlər qeyd edir ki, gübrə 80 manat olduğu üçün ala bilməyiblər. Nəticədə daha ucuz qiymətə gübrə alıblar ki, o da keyfiyyətsiz olduğu üçün məhsul məhv olub.

Qeyd edək ki, bir neçə gün öncə də kartofun sahələrdə məhv olması ilə bağlı xəbər təqdim etmişdik. Bahalığın qarşısını almağın bir yolu kimi yerli istehsalı artırmaq təklif olunsa da, görünən odur ki, daxili istehsal müxtəlif səbəblərdən sahələrdə çürüyür.

Maraqlıdır, müvafiq qurumların yerli istehsalı artırmaq fikri yoxdur, yoxsa idxala üstünlük verirlər? TEREF-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, fermerlərə verilən subsidiyların 75 faizini nağd şəkildə kartdan çıxara bilmirlər:

"Həmin vəsait hesabına Kənd Təsərrüfatı Nazirliyi müəyyən etdiyi şirkətlər məhsullar təqdim edirlər. Fermerlər məcburdur ki, həmin şirkətlərdən məhsul alsınlar. Yəni onları bir növ təhkim edirlər, hüquqları pozulur.

Fermerlərin balansında olan vəsaitlə bazardan məhsul almaq imkanı məhdudlaşır. Bu gün bəlkə də sahibkarların KTN-in təqdim etdiyi müəyyən etdiyi şirkətlərdən təklif edilən məhsullara alternativ olaraq 80 manata, bir qədər baha olanı ala bilərdi, əgər o vəsaiti nağdlaşdırsaydı.

Ancaq bu mümkün deyil. Bunu gübrəni təklif edən şirkətlər də yaxşı anlayır. Ona görə də keyfiyyətsiz məhsulları ucuz qiymətə alıb gətirirlər. Sahibkarları vicdansız hesab etməyək. Hər kim olsa, yaranmış fürsətdən yararlanmaq istəyəcək. Ucuz və keyfiyyətsiz məhsulu alıb 80 manata gətirəcək ki, daha çox gəlir əldə etsin. Bu gün həmin sxem Azərbaycanda işləyir.

Hazırda soğan əkənlərə, sabah pambıq, taxıl əkənlərə təsir edir. Ona görə də ölkədə kənd təsərrüfatı inkişaf etmir. Bir tərəfdən korrupsiya, subsidiyaların heç biri kənd təsərrüfatı ilə məşul olmayan şəxslər tərəfindən mənimsənilməsi var. Bu hökumətin yaratdığı boşluq nəticəsində ortaya çıxır. Digər tərəfədən fermerlərin hansısa şirkətlərə təhkim edilməsi bu cür mənzərələr yaradır".

Ekspert deyir ki, fermerlərin məhsullarının məhv olmasının səbəbini araşdırmaq lazımdır:

"İnanmıram ki, yemləmə gübrəsi azotdur, onun çatışmazlığı nəticəsində həcmi balaca olar, yaxud məhsuldarlığı aşağı ola bilər, ancaq məhv olması mümkün deyil.

Ola bilər ki, hansısa ziyanvericilərə, xəstəliyə qarşı preparatların çatışmazlığı nəticəsində problem yarana bilər. Ancaq ümumilikdə qeyd etdiyim boşluq mövcuddur və kənd təsərrüfatının inkişaf etdirilməsinə böyük ziyan vurur. Ölkədə ayrılan hər bir manat, kənd təsərrüfatı istehsalı ilə məşğul olan fermerə çatmalıdır.

Fermer o məbləği nağdlaşdırmalı və toxumu, gübrəni, preparatı bazardan özü seçməlidir. Yəni rəqabət mühiti yaradılmalıdır ki, bol məhsul əldə edə bilək. Ondan sonra digər prosesləri tənzimləmək lazımdır. Bu da ölkədə KTN-in üzərinə düşür və təəssüflərolsun ki, bu qurumda da mütəxəssislər yoxdur. Kənd təsərrüfatı naziri, müavinləri mütəxəssis deyil".

Onun sözlərinə görə, hazırda məhv olan payız əkilən soğanıdır ki, ümumiyyətlə, soğan ildə iki dəfə əkilir:

"Payızlıq soğan sıradan çıxıb və bu o deməkdir ki, avqust ayınadək bazarda soğan çatışmazlığı müşahidə ediləcək, onun da qiyməti qalxacaq. Ancaq inanmıram ki, hədsiz dərəcədə qalxsın. Çünki ətraf ölkələrdə soğan boldur və yəqin ki, idxal olunacaq.

Qiymətin sabitləşməsi qarşıdakı həftələrdə müşahidə olunacaq. Ya İrandan, ya da Gürcüstan soğan gətiriləcək. Biz bu problemi payızlıq soğanda yaşamışıqsa hökumət, KTN tədbirlər görməlidir ki, yazlıq soğanda analoji problem yaşanmasın. Çünki yazlıq soğan həm də saxlanılmaq üçün əkilir və tam bir il saxlanılır. Hesab edirəm ki, müvafiq qurum problemi araşdırıb tədbirlər görməlidir".

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər