"3 ildir pensiyasını bərpa edə bilmir - GİLEY
 
Üç ay hərbi hospitalda yatdım, hərbi həkim komissiyasından bildirdilər ki, sən daha bu ayaqla xidmət edə bilməzsən, komissiyanın rəyi əsasında ordudan tərxis olundum. İki il sənədlərim əlimdə qapıları gəzəndən sonra mənə hərbi əlil kimi 2-ci dərəcəli əlillik təyin olundu. Ancaq bir müddət sonra ləğv edildi. Üç ildir ki, yenə sənədlərim əlimdə, dövlət qurumlarının qapılarında qalmşam”. Teref.az xəbər verir ki, bunu Meydan TV-yə Astaranın Marzəsə kənd sakini Yusif Babazadə deyir.

Yusif Babazadə danışır ki, 2015-ci ildə hərbi xidmətə çağırılıb və Naxçıvanda Sərhəd Qoşunlarında xidmət edib. Xidmətin üçüncü ayında sol ayağının baş barmağında qanqrena başlayıb:

"Mənə verilən hərbi çəkmə ayağımın ölçüsünə uyğun olmadığından barmaqlarım zədələnmişdi. Üç ay ərzində hərbi hissə rəhbərliyinə müraciət etsəm də, uyğun çəkmə verilmədi və baş barmağımda qanqrena başladı. Bir müddət hərbi hissənin tibb məntəqəsində müalicə etməyə çalışdılar. Qanqrena digər barmaqlarıma keçəndə Bakıya – Mərkəzi Hərbi Hospitala göndərdilər. Ancaq artıq gec idi. Barmaqlarımda qanqrena sürətlə irəliləmişdi, baş barmaq amputasiya olundu, digər barmaqları xilas etmək üçün 3 ay hərbi hospitalda yatmalı oldum”.

Beləcə, orduya yararsız kimi tərxis olunaraq kəndə qayıdan Yusif Babazadə müalicəni ev şəraitində davam etdirib. Ancaq amputasiyadan xilas olunan barmaqlar iflic qalıb. İki il sonra ona ikinci qrup hərbi əlillik təyin olunub. 2019-cu ilin fevralında əlillik pensiyası kəsilib. O gün – bu gün, Yusif Babazadə pensiyanı bərpa etdirə bilmir:

"İkinci qrup hərbi əlil olmağıma və vəziyyətimin ağır olmasına baxmayaraq, 2019-cu ilin fevralından heç bir səbəb göstərilmədən pensiyam kəsilib. Şikayətlərim nəticəsiz qalıb, heç bir yerdən müraciətlərimə cavab ala bilmirəm. Barmaqlarım iflic olduğundan yerimək qabiliyyətimi itirmişəm. Buna görə əmək fəaliyyətiylə də məşğul ola bilmirəm. İki azyaşlı övladım var. Vəziyyətim çox ağırdır”.

Yusif Babazadəyə DSX Mərkəzi Həkim Komissiyasının verdiyi 23 iyul 2015-ci il tarixli 840 nömrəli Xəstəlik Şəhadətnaməsində xəstəliyi əksini tapıb, xəstəliyi hərbi xidmət dövründə qazandığı qeyd edilib.

Meydan TV müxbiri Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) Astara şöbəsindən məsələyə aydınlıq gətirilməsini istəyib. Şöbədən bildirilib ki, Yusif Babazadəyə əlilliyin ləğv edilməsi ilə bağlı rəsmi məktub göndərilib. Əgər vətəndaşın narazılığı varsa, məhkəməyə müraciət edə bilər. Yusif Babazadəsə deyir, şöbədən ona gələn məktubda əlilliyinin saxta olduğu qeyd edilib.

Elə hüquqşünas Namizəd Səfərov da vətəndaşla TSEK arasındakı mübahisəli məsələnin hüquqi müstəvidə həllini mümkün hesab edir: "Rəsmi imtina cavabı aldıqdan sonra Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsiylə məhkəməyə müraciət etməlidir. Əlilliyin təyinatı zamanı təqdim olunmuş sənədləri də əlavə etməlidir”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər