BAŞ REDAKTORUN HƏBSİNİN DETALLARI... –

 

"Demokratik" saytının redaktoru Osman Rzayevin Göygöl Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyevin şikayəti əsasında tutulması iddiası haqda yeni informasiyalar əldə etmişik.

06.07.2022 ci il tarix də Göygöl Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyev mənə zəng edərək bildirdi ki, Demokratik.az saytının redaktoru Osman Rzayev, Gəncə Şəhər region İdarəsinin rəisi Anar Qədiməliyevin ərizəsi əsasında, Göygöl polis şöbəsində saxlanılıb.

Vasif Əliyevin bildirdiyinə görə, Osman Rzayev 1500 manat pul tələbi əsasında saxlanılıb.

"Mənə də səhər saatlarında işə gələrkən bu barədə məlumat verilib”, - deyə direktor bildirdi.

Sonradan aydın oldu ki, Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayevin) həbsi Göygöl rayon Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyevin, Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyevin və həmin xəstəxananın həkimi Rəşad Əkbərovun, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədovun təşəbbüsü ilə olub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Qeyd edək ki, həbs olunan Demokratik.az saytının redaktoru Osman Rzayev haqqında qaldırılan Cinayət Məcəlləsinin 182-ci maddəsi " Hədə‐qorxu ilə tələb etmə"dir.

182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə.

Bu maddəyə əsasən, ittiham olunan şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.2. Eyni əməllər:

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

182.2.2. təkrar törədildikdə;

182.2.3. zor tətbiq etmə ilə törədildikdə;

182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.3. Eyni əməllər:

182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;

182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə. Əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Demokratik.az saytının redaktoru Osman Rzayevin həbs olunması haqqında əsaslı arqument hələlik ictimaiyyətə açıqlanmayıb. Sadəcə, redaktorun Demokratik.az saytında yazılanlara istinadən şikayətçilərin ərizəsi haqqında saxlanılması haqqında məlumatlar var.

Belə ki, Demokratik.az saytında adları şikayətçi siyahısında olanların iş fəaliyyəti yoxlanılmadan belə bir qərarın verilməsi Osman Rzayevin həbsi ilə bağlı qaranlıq məqamların olduğunu ortaya qoyur və yeni suallar yaradır.

Daxili İşlər Nazirliyinin açıqlaması sadəcə şikayətçinin olması haqqında məlumatdır.

Söz azadlığının ictimailəşməsi, vəzifəli və ya digər şəxslər haqqında saytlarda, sosial şəbəkələrdə, qəzet və ictimayi kanallarda dərc olunması, "Hədə‐qorxu ilə tələb etmə" işgüzar nüfuzu ləkələyirsə, aidiyyəti üzrə adı çəkilən vəzifəli şəxslərin, digər vətəndaşların iş fəaliyyəti tabe olduğu və digər orqanlar tərəfindən manitorinq olunması, yazıda dərc olunan cümlələrin araşdırılması zərurəti yaranır. Bunun nəticəsində qərara gəlmək olar ki, yazılanlar ya absuddur, ya da həqiqət.

Belə bir hal olmadığı halda çəza tədbiri görülməsi, həbs olunan şəxsin hüququnun gobud şəkildə pozulmasıdır.

Mövzuya qayıdacayıq...

AZƏR,

Gəncə müxbiri

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər