Naxçıvan Daxili İşlər naziri Prezident İlham Əliyevi niyə unutdu:
 
 
Naxçıvan MR DİN-nə bağlı Orta İxtisas Polis Məktəbi dünən yeni məzun buraxılışı mərasimi keçirib.
Ovqat.com-un məlumatına görə, hər il olduğu kimi, bu dəfə də polis məktəbindən 30 məzun Naxçıvan polis orqanlarında işləmək üçün diplom alıblar.

Bildirilir ki, rəsmi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edib. O vurğulayıb ki, "ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiyanın ardıcıl və dönmədən həyata keçirilməsi muxtar respublikada dinamik inkişaf və sosial-iqtisadi tərəqqi baxımından yeni tarixi mərhələnin əsasını qoyub. Bu gün Naxçıvan yalnız iqtisadi inkişaf tempinə görə deyil, həm də ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik baxımından regionun ən stabil diyarıdır”.

Nazirin fikrincə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Orta İxtisas Polis Məktəbində yaradılan hərtərəfli şərait kursant və dinləyicilərin tədris olunan dərsləri tam mənimsəmələrinə, intellektual təfəkkürə malik, nəzəri və praktik biliklərə yiyələnmiş peşəkar polis zabiti kimi yetişmələrinə geniş imkanlar açıb. Görünür, cənab nazir bu sözləri deyərkən, bu gün qarşılarında çıxış etdiyi həmin polislərin neçə balla məktəbə daxil olduqlarını unudub. Elədirsə, biz ona bəzi həqiqətləri xatırlatmaq istərdik. Adına şərti olaraq "Naxçıvan peşə-texniki polis məktəbi” dediyimiz həmin təhsil ocağına keçid balı 2019-cu ildə 54 bal, 2020-ci ildə isə 62 bal olmuşdu. Gəlin, indi bu göstəricini məzunları Naxçıvanda gözümçıxdıya salınan Azərbaycan Respublikasının Polis Akademiyası ilə müqayisə edək. Polis Akademiyasına keçid balı 2019-cu ildə 552 bal, 2020-ci ildə 580 bal olmuşdu.

Nazir məlum çıxışında həmçinin vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ikinci ildir məzunlarını yola salır: "Ötən il Polis Məktəbini başa vurmuş 25 nəfər daxili işlər orqanlarının müxtəlif xidmət sahələrində ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində müqəddəs vəzifə borclarını yerinə yetirir. Məktəbdən məzun olacaq 30 gənc zabit də daxili işlər orqanlarında vəzifələrinin icrasına başlayarkən ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Azərbaycan polisinin fədakar və nəcib missiyasını ləyaqətlə yerinə yetirəcək”.

Rəşad İsmayılov çıxışının sonunda məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb, daxili işlər orqanlarına göstərilən yüksək dövlət qayğısına görə bütün şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. Amma cənab nazir nədənsə, çıxışında dövlət qayğısından danışarkən və buna görə təşəkkürünü bildirərkən Azərbaycanın indiki prezidenti İlham Əliyevi yaddan çıxarıb. Ölkə başçısının bu yaxınlarda Daxili İşlər orqanlarında çalışan zabitlərin rütbələrini bir pillə yüksəldərkən Rəşad İsmayılovun adını həmin siyahıya salmaması fonunda nazirin bu "unutqanlığı” xeyli düşündürücü görünür.

Qeyd edək ki, məzuniyyət mərasimində kursantlara kiçik leytenant rütbəsi verilib. Nazirin vurğuladığı kimi, onları işlə təmin etmək üçün ötən ilki təcrübəyə əsaslanılacaqsa, deməli böyük ehtimalla, Muxtar Respublikada müxtəlif vəzifələrdə çalışan Polis Akademiyasının məzunları öz vəzifələrindən uzaqlaşdırılacaqlar. Artıq bu istiqamətdə müəyyən tədbirlərin görüldüyü hiss olunur. Hazırda müxtəlif təzyiqlərə məruz qalaraq bezdirilən 25-30 polis zabiti əlində ərizə işdən çıxarılacağı günü gözləyir. Onlar üçün ən böyük səadət ləkələnmədən işdən çıxarılmaqdır. Naxçıvan MR DİN isə "Azərbaycanın casusları” kimi baxdığı bu polislərə həmin sevinci belə yaşatmaq niyyətində deyil. Məlumatlara inansaq, bir neçə gün öncə Şərur rayonu polis idarəsinin zabiti Çərkəz adlı şəxs şəxsi işinə xidmətə yararsız maddəsi yazılaraq işdən xaric olunub. Hazırda ərizələri əllərində normal qaydada işdən xaric olunmağı gözləyən 25-30 polis məmurunu da eyni aqibət gözləyir:

Həmin polislərdən bəzilərinin siyahısı:

1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);

2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);

3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;

4. Həmin bölmənin sahə inspektorları İbrahim Abdullayev;

5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;

6. Culfa rayon polis idarəsindən baş leytenant Şirzad,

7. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub.

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər