BDYPİ-nin 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsinin "Texniki baxış " biznesi

Gəncə  
 
Kanal1.az xəbər portalının Baş redaktorunun Mehriban xanım Əliyevə müraciəti.
 
Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb. Çünki, bu gündə bu çağırışa məhəl qoymayan elə polis işçiləridə var. öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı və polislərimizi bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan polis işçilərinədir. 
Bu gün Kanal1.az xəbər portalının Baş redaktoru Arzu Həsən oğlu Orucovdan avtomobilini texniki baxışdan geçirmək üçün Gəncə 9 saylı İmtahan-Qeydiyyat Şöbəsinin əməkdaşı polis kapitanı Mehdi adlı şəxs qanunsuz olaraq 186 manat rüşvət tələb edib. Baş redaktor bildiri ki, texniki baxışın dövlət rüsumu 33 manat olduğu halda polis kapitanı Mehdi müəllim məndən rüşvət istəyir. Bu bir faktdır ki, ölkə başçısı cənab İlham Əliyev ölkədə karrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparır. Eyni zamanda, cənab prezident bu yöndə ortaya qətiyyətli iradə qoyub. Heç şübhəsiz ki, bu iradədən kənara çıxan istənilən şəxs tutduğu qulluq mövqeyindən, xidmət etdiyi qurumların növündən aslı olmayaraq sərt şəkildə cəzalandırılır. Amma təəssüflər olsun ki, hələdə bəzi məmurlar rüşvət almaqda maraqlıdırlar. Elə adı çəkilən mehdi müəllim kimi. Mən bir jurnalis kimi, Azərbaycan respublikasının 1-ci vitse prezidenti və Heydər Əliyev fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevadan artıq dərəcədə xahiş edirəm ki, polis kapitanı Mehdi müəllimin məndən istədiyi 186 manat rüşvəti vermək üçün mənə Heydər Əliyev fondundan 186 manat puln verilməsində köməklik göstərəsiniz. sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.
 
Hörmətlə: Baş redaktor Arzu Həsən oğlu orucov

Tarix: 3-07-2022, 00:04


Bölməyə aid digər xəbərlər
12-06-2022, 15:19 Allah Rəhmət Etsin