Nizami rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər ictimai-iaşə obyekti var..?

"Madonna”nın tüstüsü ətrafdakı insanları bezdirib….

Gundelik-Baku.com olaraq illər öncədir yazırıq ki, yüksək gərginlikli elektrik xətlərinin altında heç bir ictimai-iaşə obyekti ola bilməz.
Bəli, hələ sovet dövründə yüksək gərginlikli elektrik xətlərinin altında ancaq ağaclar əkilirdi ki, gərginlik azaldılsın, təhlükə olmasın və s…ən əsası həmin xətlərin altında nəinki yaşamaq, ev tikmək, hətta obyekt ola bilməzdi.
Amma son 30 ildə həmin yüksək gərginlikli elektrik xətlərinin altında restoran, kafe, çayxana və s kimi obyektlər durmadan artır.
Hətta, bu gün yoxlasalar, həmin yüksək gərginlikli elektrik xətlərinin altında yüzlərlə, bəlkə də minlərlə qanunsuz ev var.
Bilənlər bilir ki, belə elektrik xətlərinin altında yaşamaq xərçəng xəstəliyinin səbəbidir. Və s…
Sözümüzün canı odur ki, pula, rüşvətə görə insanlarımızı bəlaya düçar etmək olmaz.
Konkret olaraq dəfələrlə yazmışıq ki, Nizami rayonunda Qara Qarayev metrosundan çıxan kimi, böyük bir ərazidə, yəni yüksək gərginlikli elektrik xətlərinin altında onlarla çayxana, kafe peyda olub. Yazan kimi çıxıb bazarlıq edərək yazıları çıxardırlar.
Bunlar başa düşmür ki, söhbət millətin gələcəyindən gedir…
Həmin yüksək gərginlikli elektrik xətlərinin altında saatlarla oturan insanlar, orada qulluq edən işçilər nə qədər radiasiya qəbul edir.
Sözün qısası, Nizami rayonunda yüksək gərginlikli sahələri iş adamlarına sataraq vətəndaşları zəhərləyirlər.
Dünən oxuduğumuz son xəbər də bunu bir daha təsdiq elədi.
Belə ki, sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən "Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin "Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.
Söhbət hasarın sökülməsindən getmir ee, ay cənablar, şadlıq evi özü yüksək gərginlikli elektrik xəttinin altındadır. Bunu başa düşmürsünüz..?
Hasarı sökməklə problem həll olunmur ee…
Bu problemlər birinci dəfə deyil ki, ee, mediaya çıxır.
Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinq zamanı Nizami rayonunda havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.
Həmin siyahıda 1-ci yerdə "Madonna” şadlıq sarayı gedib.
Söhbət təkcə "Madonna” şadlıq sarayından getmir.
Ümumiyyətlə, Nizami rayonu ərazisində fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı" və digər obyektlərdə ciddi problemlər var.
"Madonna” şadlıq sarayının hansı məmura məxsus olması ilə bağlı növbəti yazıda.
Bu barədə araşdırmalarımız davam edir. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər