Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 3-də yerləşən qapı 4, qapı 5 və qapı 6 ünvanlarındakı qeyri-yaşayış sahəsinin icarəçilərinə obyektdən istifadə etməyə icazə verilmir. Teref.az xəbər verir ki, bununla əlaqədar icarəçi İsgəndərov Nahid Əfqan oğlu "AzPolitika.info” saytı vasitəsilə Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.

Nahid İsgəndərovun müraciətində bildirilir ki, əmlakın mülkiyyətçisi olduğunu iddia edən şəxslər onun icarəyə götürdüyü obyektdən istifadə etməsinə sözün əsl mənasında maneçilik törədirlər. Onun sözlərinə görə, müqaviləsinin olmasına və icarə haqlarını vaxtı-vaxtında ödəməsinə baxmayaraq, obyektdən istifadəsinə imkan verilmir.

Nahid İsgəndərov bildirir ki, o, 2020-ci il fevral ayında "AZVİRT” MMC-nin direktoru Kamil Əliyevin qardaşı Əliyev Elnur Əli oğlu ilə icarə müqaviləsi bağlayaraq ona məxsus qeyri-yaşayış sahəsini aylıq 20.000 manata 2 illik icarəyə götürüb. Sonra 270.000 manata qədər pul xərcləyərək öz vəsaiti hesabına obyekti əsaslı təmir edib və hazır vəziyyətə gətirib.

"Bir müddət bundan əvvəl isə Elnur Əliyev həmin obyekti özü istifadə etmək istədiyini bildirərək bizi oradan çıxarmaq istədi. Biz isə haqlı olaraq çəkdiyimiz təmir xərclərini və müqavilə müddəalarını əsas gətirdik. Lakin Elnur Əliyev davamlı olaraq obyektimizin iş fəaliyyətini pozmağa, müştəriləri narahat etməyə, işçi heyəti ilə problemlər yaratmağa və ən əsası hər gün davamlı olaraq obyektdən çıxmağımızı tələb etməyə başladı. Həmin bu hərəkətlər mütəmadi xarakter aldığından icarəçi kimi məhkəməyə müraciət etdik. Həmin işə hazırda Səbail rayon Məhkəməsində baxılmaqdadır” – deyə, müraciətdə bildirilir.

Nahid İsgəndərov daha sonra qeyd edir ki, may ayının 24-də hüquq ictimaiyyətində analoqu olmayan bir qərardadla onun icarəyə götürdüyü obyektə girişi qadağan edilib: "Belə ki, iş üzrə yeni bir tərəf kimi Elnur Əliyevin qaynanası Lətifə Abdullayeva adlı şəxs prosesə qoşularaq guya icarəçi kimi mənim illərdir ona icarə haqqı ödəmədiyimi deyib. Buna görə də, icarəçinin obyektdən çıxarılmasını tələb edib. Daha sonra müvəqqəti təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mənim və başqalarının həmin obyektdən istifadə etməsinə qadağa qoyulmasını tələb edib. Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə əsassız qərardad qəbul edərək ərizəni təmin edib. Hətta dərhal da icraya yönləndirib. Sözsüz ki, bu prosedurda "Bakı Hüquq Mərkəzi” MMC-nin və Elnur Əliyevin "şəxsi əlaqə” lərinin də öz rolu olub.

Bunun ardınca isə öz hüququmuzdan istifadə edərək həmin qərardaddan şikayət verdik. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun 17.06.2022-ci il tarixli qərarı ilə əsassız Səbail rayon Məhkəməsi qərardadı ləğv olundu. Buna baxmayaraq 25 günə yaxın müddət ərzində obyekt möhür altında bağlı saxlanıldı. Obyektin yenidən açılmağına sevinə bilməmiş daha bir qanunsuz qərardadla rastlaşdıq.

Belə ki, bu dəfə obyekt ilə heç bir əlaqəsi və bağlılığı olmayan Elvin Qasımovu məhkəməyə verən Lətifə Abdullayeva və Elnur Əliyev 24.06.2022-ci il tarixli qərardadın (hakim İlkin Rüstəmli) çıxarılmasına nail oldular. Həmin qərardadla isə obyektdən istifadə Elvin Qasımova və "başqa” şəxslərə qadağan edilmişdir.

Belə bir qərar hüquq cameəsində anoloqu olmayan bir hüquqi akt sayıla bilər. Belə ki, bu proseslə heç bir əlaqəsi olmayan bir vətəndaşa obyektdən istifadə qadağan edilir. Bu yolla obyektə dair icarə müqaviləsi bağlamış digər vətəndaşa müqavilə üzrə əldə etdiyi hüquqdan istifadə rəsmi icarəçiyə qadağan edilir”.

Nahid İsgəndərovun sözlərinə görə, işin maraqlı tərəfi ondan ibarətdir ki, ona münasibətdə çıxarılmış tamamilə eyni məzmunlu qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdu.

"Başıma gətirilən hüquqa zidd müsibəti qısa olaraq izah etməli olsaq, bir qərardadla mənə obyektdən istifadə qadağan edilir. Həmin qərardad Apellyasiya Məhkəməsində ləğv olunur. Daha sonra isə yeni bir qərardad ilə guya şərik olan Elvin Qasımova və "başqa” şəxslərə, (yəni mənə də) obyektdən istifadə qadağan edilir.

Olduqca maraqlı və bir o qədər də absurd olan hazırki qərardadla müqavilə bağlayaraq icarə haqqı ödəyib obyektdən istifadə edən icarəçiyə obyektdən istifadə qadağan edilməkdədir. Hazırda isə obyektin qapısına möhür vurulmuş və bağlatdırılmışdır. Müraciətimə çıxarılmış məhkəmə qərardadlarını da əlavə edirəm. Bir faktı da qeyd edim ki, yuxarı məhkəmə instansiyasının qərarı daha aşağı məhkəmə instansiyaları üçün məcburi xarakter daşıyır. Görünür, Səbail rayon Məhkəməsi qanunun tələbindən yayınmaq üçün anoloqu olmayan qeyri-hüquqi yol kəşf edib. Bir sözlə, iş üzrə əsl icarəçiyə qadağa tətbiq edilməsi mümkün olmadıqda, iş ilə hər hansı əlaqəsi olmayan bir şəxsi cavabdeh kimi cəlb edib qadağaları onun üzərindən tətbiq edirlər. Bu hüquqa zidd üsulu da Səbail rayon Məhkəməsi təmtəraqlı formada öz qərardadları ilə təsdiq edir” – deyə, müraciətdə bildirilir.

Nahid İsgəndərov onu da qeyd edir ki, hazırda bir icarədar və sahibkar kimi onun konstitusion hüquqları pozulur: "İcarəsini ödədiyim obyektdən istifadəsi qadağan olunur. Həmçinin həmin obyektin 50-dən çox işçisi vardır. Obyektin bu qədər uzun müddət bağlı saxlanılması həmin işçilərin maddi təminatlarını da mümkünsüz edir. Elnur Əliyev bizə onların müdafiəçilərinin arxasının güclü olduğunu, bizim heç vaxt uğur qazana bilməyəcəyimizi ifadə edir.

Hörmətli Fikrət müəllim! Məhkəmə Hüquq Şurasının sədri kimi Sizlərə bu ədalətsizliyin qarşısını ala bilməyiniz ümidi ilə müraciət edirik. Ümid edirik, müraciətimizi nəzərə alacaqsınız”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etdirməyə hazırıq.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər