11:57 / 26-06-2022
Putin təcili Kremlə gəldi
Rusiyada neft emalı zavoduna dronla hücum oldu - ANBAAN VİDEO

 
 
 
Rusiyanın Rostov vilayətində Novoşaxtinski neft emalı zavodu yanır.
Bununla bağlı yayılan kadrlarda müəssisənin dron hücumuna məruz qaldığı görünür.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı vurğulanır. Hazırda yanğının sahəsinin 50 kvadratmetr olduğu bildirilir.
Qeyd edək ki, Rostov vilayəti Ukraynanın Donetsk və Luqansk vilayətləri ilə həmsərhəddir.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələri "Çernomornefteqaz” şirkətinin Rusiya tərəfindən mənimsənilmiş "Boyko qüllələri” də adlandırılan qazma qurğularına zərbə endirib. İyunun ortalarında isə Rusiyada dünyanın ən böyük yataqlarının biri hesab olunan Urenqoy qaz kəmərində partlayış olmuşdu.
Mənbə: News.ru

Tarix: 22-06-2022, 13:42


Bölməyə aid digər xəbərlər
5-06-2022, 10:13 Kiyev yenidən bombalandı
14-05-2022, 10:01 Dünyada neft BAHALAŞDI