Son günlər sosial şəbəkədə meymunçiçəyi virusu ilə bağlı müxtəlif fikirlər paylaşılır. Üstəlik, ictimai nəqliyyatda qolunda meymunçiçəyi infeksiyasına xas səpkiləri xatırladan yaralar olan sərnişinin fotosu insanlar arasında daha da narahatlıq yaradıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı son məlumata görə, ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlanmayıb.

Bəs meymunçiçəyi, eləcə də suçiçəyi infeksiyası ilə eyni formada təzahür edən dəri xəstəliyi varmı? 

Oxu.Az-ın bu və digər suallarını həkim-dermatoveneroloq Aqşin Kəngərli cavablandırıb.

Həkim bildirib ki, iri, suluqlu yaralarla müşahidə edilən müxtəlif dəri xəstəlikləri var:

"Səpki və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupundan olan dəmrovu misal çəkmək olar. Bu xəstəliyin bir çox növü var - sulu dəmrov, ekzema, pullu dəmrov, kəmərləyici dəmrov və s. Ekzemanın müəyyən formaları - sulu, yarısulu, quru kimi səpkilərlə müşahidə edilir. Ən əsas və əhali arasında ən çox yayılan xəstəliklər məhz bunlardır. Yəni onların dəridə müşahidə edildiyi forma suluqlu yaranı xatırladır”.

Həkim onu da əlavə edib ki, bu xəstəliklər təmasla keçmir:

"Onların hər birinin müxtəlif mənbəyi və yaranma forması var. Sadalananlar arasında elə dəri xəstəlikləri var ki, autoimmun problem səbəbindən, eləcə də genetik, orqanizmdə yaranan müəyyən aqressiya səbəbindən əmələ gəlir. Kəmərləyici dəmrov isə virus xəstəliyidir. Viruslar isə ümumiyyətlə çoxdur.

Kəmərləyici dəmrov virusu sinir sisteminin virusu hesab edilir. O, yarandığı zaman dəri sinirlərini zədələyir və başlayır törəyərək yayılmağa”.

Bəs bu sadalanan xəstəliklər dəridə iz qoyur, yoxsa təmiz sağalır?

Həkim-dermatoveneroloq bildirib ki, dəridə iz qalması birbaşa virusun dərinin hansı qatına düşməsindən asılıdır:

"Dərinin qatları çoxdur. Əgər virus dərinin iki-üç qatını zədələyibsə, əlbəttə ki, müalicədən sonra da müəyyən ləkələr, izlər qala bilər. Hətta çapıq formasında da qala bilər. Yox, əgər dəri səthindədirsə, heç bir iz olmadan sağala bilir”.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər