11:57 / 26-06-2022
Putin təcili Kremlə gəldi
Ərdoğan Putin və Zelenski ilə danışacaq

 
 
 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır.
Bu barədə dövlət başçısı Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bizim ürəyimizdən keçən odur ki, Rusya-Ukrayna arasındakı bu savaş bir an əvvəl sülhlə bitsin. Amma görünən odur ki, bu iş hər keçən gün daha mənfi istiqamətdə davam edir. Bazar ertəsi həm Rusiya, həm də Ukrayna ilə telefon danışığım olacaq. Biz tərəfləri dialoq və diplomatik kanallar vasitəsilə təşviq etməyə davam edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
Artıq rəsmi Kreml də Rusiya və Türkiyə liderləri arasındakı telefon danışıqlarını təsdiqləyib.
Mənbə: "Haber Global”

Tarix: 30-05-2022, 02:57


Bölməyə aid digər xəbərlər