Helsinki şəhərindəki Musiikkitalo musiqi mərkəzində 28 May – Müstəqillik Günü və Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələr qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
 
Modern.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın İsveç, Norveç və Finlandiyadaki səfirliyinin və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, "Azər-Turk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın birgə təşkilatçılığı ilə gerçəkləşib. 
 
Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, ölkəmizin İsveç, Norveç və Finlandiyadakı səfiri Zaur Əhmədov, Finlandiyanın rəsmi şəxsləri, xarici ölkələrin diplomatik korpusunun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. 
 
Tədbir Finlandiyanın və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   
 
Mərasimi giriş sözü ilə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, "Azər-Turk” Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova açıb. 104 il öncə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə həyata keçirilən demokratik islahatlara, o cümlədən müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verildiyinə diqqət çəkən diaspor təşkilatının rəhbəri Cümhuriyyət dönəmində Finlandiyanın diplomatik nümayəndəliyinin Bakının Balaxanı qəsəbəsi ərazisindəki Nobel qardaşlarının ofisində yerləşdiyini vurğulayıb. Qeyd edilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərqərar edən Azərbaycan 1992-ci il martın 24-də Finlandiya ilə yenidən diplomatik münasibətlər qurub.
 
Sonra Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və Finlandiya Xarici İşlər Nazirliyinin xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Nina Vaskulahti çıxış ediblər. Dünyada sülh tərəfdarı kimi tanınan ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin birgə qeyd edilməsi yüksək qiymətləndirilib, Azərbaycan-Finlandiya əlaqələrinin dinamikasından, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində davamlı əməkdaşlığından, bu münasibətlərin daha da inkişaf etməsinin əhəmiyyətindən danışılıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-quruculuq işlərində "ağıllı şəhər-kənd" texnologiyalarının tətbiq edildiyi, həmin sahələrdə böyük təcrübəsi və texnoloji həlləri olan Finlandiya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar açıldığı nəzərə çatdırılıb.
 
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti, tanınmış cazmen İsfar Sarabskinin rəhbərlik etdiyi ”İsfar Sarabskinin triosu” çıxış edib.

Son xəbərlər

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Bütün xəbərlər