Gündəm / Hadisə
14.05.2022, 10:23
Polis AXTARIŞDA OLAN 71 nəfəri saxladı...
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 64 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 71 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay