Dünya
8.05.2022, 10:18
Ukraynada məktəb bombalandı: onlarla ölən var
Rusiya Ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.
Turkdunyasi.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday "Telegram"-da paylaşımında bildirib.
Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər. Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay