TƏSƏRRÜFATI” ASC-NİN YENİ SƏDRİNƏ İNANILMAZ FAKTLAR – 4 TENDER…
 
Salyan Suvarma Sistemlərin İdarəsinin tender maxinasiyaları ilə bağlı faktlar üzə çıxıb.

Teref.az-ın yazdığına görə, Tia.az xəbər verir ki, idarə elektrik, mexaniki avadanlıqların, maşın, mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrin satın alınması üçün müsabiqə elan edib və "XXI ƏSR” MMC qalib elan olunub. Bu minvalla MMC-yə 88 400.9 manat köçürülməlidir.

Çox qəribədir ki, Salyan Suvarma Sistemlərin İdarəsinin eyni vaxtda digər tender əməliyyatının da qalibi yenə "XXI ƏSR” MMC olub. Belə ki, "Hyundai R170 W-7” markalı ekskovatorun təmirinə görə 44 759.98 manat bu şirkətə ödənilməlidir.

Həmçinin eyni dövrdə "SEVİNC-96” MMC tenderdə qalib gəlib. Nasos avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin satın alınmasına görə 274 420.3 manat sözügedən şirkətə çatacaq.

Nəhayət, ardıcıl keçirilən dördüncü tenderdə "AZMEK-LTK” MMC qalib olub. İdarənin balansında olan, Kür çayının Şirvan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması üçün 134 697 manat şirkətə köçəcək.

Lakin 4 tenderi eyni vaxtda reallaşdıran Salyan Suvarma Sistemlərin İdarəsinin bu əməliyyatlarında maxinasiya şübhələrinə yol açılır. Çünki bir çox hallarda tenderlər formal keçirilir, idarə rəisinə yaxın şəxslərin şirkətləri qalib gəlir, sonra dövlətin pulları pay-püş edilir.

Qeyd edək ki, idarənin rəisi Tahir Yusifovdur. Ötən il də ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb və bu 5 müqavilənin hamısı "Sevinc-96” MMC ilə imzalanıb.

Mediada gedən xəbərlərə görə idarəyə uzun illərdir rəhbərlik edən Tahir Yusifov bölgədə "dollar Tahir” ləqəbi ilə məhşurdur. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi, bir ara qumara qurşandığı haqda məlumatlara rast gəlmək mümkündür.

Bir sıra saytlarda T.Yusifovun tender – satınalma sövdələşmələrindən əlavə, son vaxtlar idarənin balansındakı maşın-mexanizmləri ehtiyat hissələrinə bölərək satdığı haqda informasiyalar var. Vaxtaşırı olaraq lildəntəmizləmə, sahilbərkitmə işləri adı altında xeyli vəsaitin "təyinatı üzrə” silinərək "səmərəli” xərclənməsi də Tahir Yusifova qazanc gətirir.

Onun Salyanda malik olduğu 100 kvadratmetr sahəsi olan iri topdansatış ərzaq ticarəti mərkəzinin, yenə orada icarəyə verdiyi müasir geyim mağazasının, Salyanda və Bakıda bahalı evlərinin, dəyərli avtomobillərinin, dəyəri yüz min manatlarla ölçülən digər daşınar və daşınmaz əmlaklarının mənbəyi haqda məlumatlar var.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər