Ukrayna hərbçiləri mühasirəyə alınmış Mariupol şəhərindəki "Azovstal” zavodunda yəqin ki, daha bir həftə duruş gətirə bilər.


Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild” qəzetinə müsahibəsində "Azovstal”dakı döyüşçülərdən biri deyib.


Onun sözlərinə görə, bir həftədən sonra heç bir humanitar dəhliz açmaq mümkün olmayacaq.


"Ruslar Mariupola daxil olandan bəri burada davamlı olaraq şiddətli döyüşlər gedir. Bu gün bizi ağır artilleriya atəşinə tutdular, üç döyüşçü yoldaşım həlak oldu. Burada hər gün ağır keçir, hər gün insanlar ölür”.


Mühasirəyə alınmış hərbçilər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin zavodu məhv etmək üçün qüvvələri səfərbər edib. Putinin digər məqsədi "Azovstal”dakı həbçiləri əsir alıb, onları mayın 9-da keçiriləcək paradda nümayiş etdirməkdir.


Son məlumatlara görə, rus hərbçilər artıq zavod ərazisinə daxil ola biliblər.
 

"Düşmən artıq zavodun ərazisinə soxulub və getdikcə daha da içərilərə doğru irəliləməyə çalışır. Pilotsuz təyyarələr bizim hər addımımızı və minaatanlardan atəş açdığımızı dərhal sezir. Düşünürəm ki, onlar bizi mayın 9-na kimi sağ-salamat ələ keçirmək istəyirlər ki, paradda nümayiş etdirsinlər”, - Oleq adlı ukraynalı döyüşçü bildirib.
 

O deyib ki, yaralı döyüşçülərin təxliyəsinə "üçüncü ölkələri” cəlb etmək ümidi var idi, lakin bu ümidlər hər gün sönür.
 

"Bir həftədən sonra buradakı dəhlizdən heç kim keçə bilməyəcək. Biz buradan sağ çıxa bilməyəcəyik", - hərbçi deyib.
 

Azov alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko hələ mayın 4-də bildirib ki, "Azovstal”da vəziyyət son dərəcə ağırdır, lakin Mariupolun müdafiəçiləri xətti saxlamaqda davam edirlər.
 

Onun sözlərinə görə, ağır qanlı döyüşlər davam edir, döyüşlərdən sağ çıxmaq ümidləri getdikcə ölür...
 

Bəzi Qərb analitikləri də Putinin Moskvada keçirilən qələbə paradında əsir götürülmüş Ukrayna hərbçilərini nümayiş etdirəcəyini düşünürlər. 

"Putindən hər cür biabırçılıq gözləmək olar”,  - deyə onlar bildiriblər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər