Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.

Bu barədə Oxu.Az-a Vüqar Əliyev özü məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən gün, mayın 5-i saat 16 radələrində baş verib. Üç nəfərin onu xidməti otağında təhqir edərək döydüyünü deyən vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət edib:

"Füzuli rayon sakinləri Orxan Əliyev və atası Oktay Əliyev, onların yeznəsi Yasin adlı şəxs xidməti otağa gələrək məni təhqir ediblər. Kənd məntəqəsində feldşer işləyən 72 yaşlı O.Əliyevin 3 il bundan əvvəl yaş həddinə görə işinə xitam verilib. Lakin onunla ardıcıl olaraq kadr çatışmazlığı səbəbi ilə 3 aylıq müqavilə imzalanıb. Lakin TƏBİB həmin müqaviləyə də xitam verilməsi barədə qərar qəbul edib. O.Əliyev və qohumları buna etiraz ediblər.

Bu məsələnin mənim səlahiyyətimdə olmadığını izah etsəm də, onlar mənə hücum çəkib, xəsarət yetirdilər. Müvafiq qanunvericiliyə uyğun olaraq TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.

Oğlu, yeznəsi söyüş söyərək, hətta öldürməklə hədələdilər. Fiziki zorakılıq göstərərək döydülər. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nahiyənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Onların üzərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər.

Bu, onların ilk belə hədə-qorxusu deyil. Bundan 1 ay qabaq Xəstəxananın direktorunun inzibati işlər üzrə müavininə də hücum çəkiblər. Onların da işi məhkəmədədir. Aidiyyəti qurumların qanun çərçivəsində məsələni həll edəcəklərinə ümid edirəm”.

V.Əliyev məsələ ilə əlaqədar aidiyyəti üzrə polisə də müraciət etdiyini qeyd edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər