Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun barelyefinin və xatirə lövhəsinin açılış mərasimi olub.

Modern.az xəbər verir ki, xatirə lövhəsi və baralyef şəhidin yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində ünvanda doğum günündə istifadəyə verilib.

Mərasimdə M.İbrahimovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və iş yoldaşları iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov tədbirdə çıxış edərək bildirib ki, bugünkü mərasim şəhidin doğum gününə ərməğandır: "Şəhidlik elə bir yüksək məqamdır ki, hər adama nəsib olmur. Qardaşımın 40-cı yaş gününü onun yoxluğu ilə qeyd edirik. Məhərrəmdən bizə yadigar iki oğul övladı qalıb. İnanıram ki, onlar da gələcəkdə Vətənə layiqli övlad olacaqlar”.

Ə.İbrahimov onu da vurğulayıb ki, gələcəkdə Binəqədi rayonundakı şəhid jurnalist Məhərrəm İbrahimov adına olan küçədə şəhidin xatirəsinə bulaq istifadə veriləcək. Həmçinin, şəhid jurnalistin adına kitab təqdimatı da nəzərdə tutulub.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında qeyd edib ki, şəhid jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun adları Azərbaycan mətbuatına qızıl hərflərlə yazılıb: "Hazırda onların yaxınları da media sahəsində çalışır. Canlarını fəda edən jurnalistlərə Allahdan rəhmət diləyirəm”.

"AZƏRTAC” informasiya agentliyinin İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov bildirib ki, dövlət teleqraf agentliyi Məhərrəmin ilk və sonuncu iş yeri olub: "Çox məsuliyyətli və dəyərli jurnalist idi. Hərbi jurnalist kimi formalaşıb yetişmişdi. Ən çətin məqamlarda hər zaman öndə gedərdi. Məhərrəm Vətən müharibəsi başlayan zaman isə o torpaqlara ilk getmək istəyənlərdən biri idi, getdi də…”

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ” markalı avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

M.İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. ("Report") 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər