Niyazi Bayramov cavablandırsın! Gəncənin Bayraq Meydanı niyə bayraqsız qalıb?

Kanal1.Az Demokratik.Az-a istinadən xəbər verir ki, gəncədə “bayraqsızlıq” problemi yaşanır. Son illərdə üçrəngli dövlət bayrağımızla rəftarda "Dövlət bayrağı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulmasına şahidlik edirik. İllərdir ki, davam edən süni nöqsanın aradan qaldırılması üçün şəhər rəhbərliyi heç bir tədbirlər görmür, əksinə, şəhər mərkəzindəki əsas Bayraq Meydanının əzəmətli bayraq dirəyi daxil, şəhərdə mövcud digər bayraq dirəklərinin də bayraqsız qalması kimi özbaşınalığa sanki xüsusi maraq göstərilir.

Mövzunu yenidən diqqətə gətirən Demokratik.TV (demokratik.az saytı-red) sakinlərin də fikirlərinə, iradlarına xüsusi yer ayırıb. Şəhərin müxtəlif yerlərində olan bayraq dirəklərində də bayrağın endirilməsi vətəndaşlar tərəfindən sərt şəkildə qınanılıb.

Son illərin müşahidələri göstərir ki, həm bayraq meydanında, eləcə də Gəncə İHB-nin inzibati binasında bayraqsızlıq kimlərinsə şəxsi özfəaliyyəti və ya məsuliyyətsizliyilə birbaşa əlaqəlidir.

Müsahiblərin də fikirləri onu deməyə əsas verir ki, Gəncədə sözügedən problem sabiq icra başçısı Elmar Vəliyevin dönəmində o qədər də qabarmayıb, yalnız Niyazi Bayramovun Gəncəyə rəhbər gəlişindən dərhal sonra üzə çıxıb.

Bəs, bu problem nə ilə bağlıdır?

Demokratik.TV xatırladır ki, 2019-cu ilin sentyabrında Bayraq dirəyində qaldırıcı trosun qırılması baş verib. Yalnız həmin ilin oktyabrında Prezident Administrasiyasının göstərişi ilə Bakıdan Gəncəyə müvafiq texnika və mütəxəssislər cəlb edilməklə texniki nasaqlıqlar aradan qaldırılıb. Qeyri-rəsmi məlumata görə, Bayraq Meydanı dirəyinin trosunun dəyişdirilməsi şəhər təsərrüfatına 35 min manat xərcə başa gəlib. Kran üçün 20 min, bir neçə alpinist üçün isə 15 min manat pul ödənilib. Və bu səbəbə də Niyazi Bayramov bayrağın adi günlərdə deyil, yalnız əlamətdar günlərdə qaldırılmasını məqbul bilib.

Gəncə İHB-dəki mənbədən aldığımız bilgiyə inansaq, Bayraq Meydanı kompleksində dirəyin çılpaq saxlanılmasına səbəb məhz yarana biləcək texniki nasazlıq qorxusu ilə bağlıdır. Yəni, Niyazi Bayramovun özbaşınalıqda marağı ayrıca bir neçə işçisi, hətta direktoru da olan Park Bulvar və ya Bayraq Meydanı kompleksinə ayrılan xərcləri qoruyub saxlamaqdır ki, bu da şəhər rəhbərliyi səviyyəsində sadəcə biabırçılıqdır. Digər yerlərdəki, elə inzibati binanın damındakı dirəklərin də bayraqsız saxlanması isə Niyazi Bayramovun təkcə qənaətçil icra başçısı deyil, həm də bayrağına məsuliyyətsizlik edən məmur olduğunu deyir.

Sözügedən problem təkcə vətəndaşların ayrı-ayrılıqda narazılığı ilə də yekunlaşmır. Eləcə də “Dövlət bayrağı haqqında” və ”Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarının icrasına, tətbiqinə sayğısızlığı ifadə edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımız dövlətin əsas atributudur. Ölkənin ikinci böyük şəhərində dövlət bayrağımıza qarşı belə anlaqsız durumun yaşanmasında, dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti birmənalı olaraq Gəncə Şəhər İcra Hakimiyyəti daşıyır.

Ümid edirik ki, sözügedən nöqsanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görüləcək, Gəncə şəhər rəhbərliyinin bayrağımıza naxoş münasibəti aradan qaldırılacaq!
[video=
Kanal1.Az xəbər portalı
Baş redaktor Arzu Orucov

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər