Kanal1.Az Riatv.Az-a istinadən bildirir ki, kəlbəcər rayonunun icra başçısı Azər Qocayevin sərəncamına dayanan bir neçə uğursuz və yarıtmaz kadr təyinatı sakinlərin növbəti narazılığına səbəb olub. Belə ki, icra başçısının bir neçə kəndə təyin etdiyi "kəndxudalar" mənfi reputasiyalı və qalmaqallı bioqrafik məlumatlarla zəngindirlər.

Kəlbəcərin icra başçısının qalmaqallı "kəndxuda təyinatları" - ŞOK FAKTLAR

Məsələn, Kəlbəcər rayonunun Ağdaban kənd sakinləri kənd icra nümayəndəliyinin fəaliyyətindən narazıdırlar. İcra nümayəndəliyi sakinlərin problemləri ilə demək olar ki, maraqlanmır, bəzi əməkdaşları hətta işə gəlmədən maaş da alır.

Hələ ötən il bu barədə yayılan məlumatlarda deyilirdi ki, kənddəki mühüm inzibati vəzifə bölgüsündə savadlı kadrlara üstünlük verilməsi, dövlət qulluqçusu adına sahib olmaq üçün kadrların zəruri şəxsi keyfiyyətlərinin olması bir yana atılaraq, Azərbaycan Dövlət DəmirYolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcərin ağsaqqal “statuslu” məmuru Cavid Qurbanovun istəkləri nəzərə alınıb. Nəticədə, əslən Kəlbəcərin Ağdaban kəndindən olan Cavid Qurbanov Dədə Şəmşirin doğma yurduna öz əmisi oğlu Murad Qurbanovu icra nümayəndəsi təyin etdirib. Mütamadi olaraq hakimiyyətin siyasətini sərt tənqid edən, şəxsən Prezident İlham Əliyevə və yaxınlarına qarşı xoşagəlməz şüarlar səsləndirən bəzi internet kanallarının əməkdaşı Teymur Kərimovu isə Ağdaban kənd icra nümayəndəsinin müavini edib. İndiyədək deyilən kadrların fəaliyyəti barədə heç bir araşdırma aparılmır, adıçəkilən müxalif jurnalist Azər Qocayevin ona verdiyi maaş kartı ilə büdcədən maliyyələşərək hakimiyyətə də meydan oxuyur.
Kəlbəcərin icra başçısının qalmaqallı "kəndxuda təyinatları" - ŞOK FAKTLAR

Kəlbəcər rayon İstisu kəndində də narazılıqlar var. Belə ki, Azər Qocayev bir müddət əvvəl "qatı dindar" olduğunu bildirərək Çıraq kənd icra nümayəndəliyinin müavini olmuş İbadullayev Əjdər Fərhad oğlunu İstisu nümayəndəliyinə mühasib göndərib. Məlumata görə, bu şəxsin özü və qardaşlarının radikal dindar olmaları barədə həm Prezident Administrasiyasında, eləcə də hüquq mühafizə orqanlarında bilgilər var.

Azər Qocayev nədənsə Mərcimək kənd icra nümayəndəliyinə də "göydəndüşmə" bir kadrını təyinat edib. Belə ki, başqa kənddən olan, dövlət qulluğu və heç bir əmək təcrübəsi olmayan Ağamalıyev İsmayıl Vurğun oğlunu kəndxuda edib. Sözügedən şəxsin təyinatından da sözügedən kənd sakinləri narazıdır və təyinatı doğru saymırlar. Kənd sakinləri hesab edirlər ki, öz kəndlərində kifayət qədər icra nümayəndəsi olmağa layiq olan kadrlar olduğu halda, icra başçısı bu təyinatla kəndə haqsızlıq edib.


Azər Qocayevin rayon mənzil kommunal təsərrüfatı İstehsalat Birliyinə də uğursuz adamını gətirib. Belə ki, bir müddət əvvəl MKTİB-də "ölü can"ların araşdırılması nəticəsində işindən azad edilən müdiri əvvəllər Kəlbəcər DSMF-də baş məsləhətçi işləmiş və korrupsiya əməllərinə görə işdən qovulmuş Mübariz Aydınovla əvəz edilib. Bu təyinat da Qocayevin kadr təyinatına məmur ərkanı ilə deyil, "elektrik montyoru" və ya bir "provodnik" təfəkkürü ilə yanaşdığı ortadadır.

İnanırıq ki, sözügedən kadrların təyinatında Azər Qocayevin şəxsi maraqlarının nədən ibarət olması araşdırılıacaq və Kəlbəcər sakinləri Qocayevin zülmündən tez bir zamanda xilas olacaq!
Baş redaktor
Arzu Orucov

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər