14:16 / 05-11-2021
Vidadi Muradov vəfat etdi
Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Zəngilan rayonuna yeni prokuror təyin edilib.

Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

"Kanal1.Az"ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı "Kanal1.Az" təsdiqləyib.

Tarix: 17-12-2021, 20:20


Bölməyə aid digər xəbərlər