14:16 / 05-11-2021
Vidadi Muradov vəfat etdi
Goranboyda MÜƏLLİM HARAYI! "İşsiz qalmışam, təhsil müdirləri də yalan danışır"

Goranboyda MÜƏLLİM HARAYI! "İşsiz qalmışam, təhsil müdirləri də yalan danışır"

Kanal1.Az saytı Demokratik.Az saytına istinadən xəbər verir ki,
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini vətəndaş Eminov Neman Bayram oğlu Gəncə və Goranboy rayon təhsilində baş verən özbaşınalıqlar barədə şikayətlər yazmağa davam edir. Sabiq müəllimin "Demokratik.Az" saytına növbəti müraciətində məlum olur ki, onun sadaladığı faktlara yuxarı orqanlar tərəfindən baxan yoxdur. Əksinə, adı neqativ hallarda çəkilən Gəncə Tİ-nin müdiri Anar Qədimalıyev də, Goranboy RTŞ-nin müdürü Seymur Nazarov da nöqsanlı fəaliyyətlərinə davam edirlər.

2019-cu ilin mart ayında HƏBS edilən və 10.06.2021-ci il tarixində azadlığa buraxıldığını bildirən Neman Eminov işsizlikdən əziyyət çəkir. Azadlığa buraxıldıqdan sonra nə Goranboy rayonunda, nə də digər rayonlarda özünə münasib iş tapa bilmir. Nemanın müəllimliyinə geri qayıtmaq istəyi isə RİH-nin başçısı Məhərrəm Quliyevin dəfələrlə qəbulunda olsa da, iki ali təhsilə sahib olsa da nəticəsiz qalır.

Şikayətçi bildirir ki, cəmiyyətimizə yenidən adaptasiya olmaq istəyir, lakin, ailəsinin maddi durumu, anasının şəkərli diabet xəstəsi olması, əsasən də işsizlik ona ağır mənəvi işgəncə verir.

Müəllimliyi şərəf bilən Nemanı Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarov da bir işlə təmin etməməsi, həmkarı kimi bir köməklik göstərməməsi onun canını sıxır. Cari ilin avqustundan Goranboy Rayon Təhsil Şöbəsinə müdür təyin olunmuş Seymur Nazarov barədə şikayətçi bunları yazır:
Goranboyda MÜƏLLİM HARAYI! "İşsiz qalmışam, təhsil müdirləri də yalan danışır"

"..bir neçə dəfə məni işlə təmin etməsi ilə bağlı qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək arxain edirdi. Hətta vatsap nömrəsi ilə mənim vatsap nömrəmə sənə iş verəcəm sözlərini də yazıb göndərib, Seymur Nazarov. Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə qəbul etmir, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldadıb. Başçının tapşırığına da məhəl qoymayıb. Hətta onu da mənə demişdi ki, biz bir kənddənik, həmkəndliyik, mən də vaxtı ilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm! Hətta mənə tapşırıq verdi ki, " iş axtaran" vətəndaş kimi Goranboy rayon Məşğulluq mərkəzinə də yaxınlaşım qeydiyyata alsınlar. Mən də getdim və Goranboy rayon Məşğulluq mərkəzində 16.08.2021-ci il tarixində qeydiyyata alındım. Mən Seymur Nazarovdan məni müəllim vəzifəsinə işə qəbul etməsini istəmədim. Ona görə ki, müəllim vəzifəsinə işə qəbul Təhsil nazirliyinin təşkil etdiyi "Müəllimlərin İşə Qəbulu" qaydası var, mən bu qaydaları bilirəm. Mən Seymur Nazarovdan ştat işi istəyirdim. Seymur Nazarov məni bu yalanları ilə aldadaraq bu günə kimi hisslərimlə oynayır.

36 yaşım var, mən xəstə, işsiz valideynlərimdən pul almağa xəcalət çəkirəm. Seymur Nazarovun yalançılığı, vəzifəli şəxs kimi hərəkətləri məni İNTİHAR etmək həddinə gətirib. Belə yaşamaq istəmirəm.

Goranboy RTŞ-nin müdürü Seymur Nazarovla bağlı orta məktəblərdə vaxtı ilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün bir neçə cəza növü ilə cəzalandırılan direktorları, direktor müavinlərini yüksək vəzifələrə təyin etdiyi üçün və bəzi orta məktəblərdə kadr sahəsində olan saxtakarlıqların qarşısını almadığına görə 2021-ci ilin sentyabrında aidiyyatı qurumlara açıq müraciətlər etmişəm, hələ ki, müraciətlərimə baxılmır"-deyə Neman Eminov saytımıza bildirib.

Şikayətlərdən o da aydın olur ki,aldadılan sabiq müəllim Goranboy Rayon Təhsil Şöbəsinin müdürü vəzifəsində çalışan Seymur Nazarovun digər əməllərinin də ifşasına çalışır. Hətta, TŞ müdirinin anası Aslanova Flora Mikayıl qızının 19.10.2021-ci il tarixində "65" yaşını tamamlamış olsa da, Goranboyda Qızılhacılı qəsəbə XƏSTƏXANASINDA uşaq həkimi vəzifəsində saxlanmasının səbəbini oğlunun məmur olmasında axtarır. Flora həkimin Goranboy Rayon Təhsil Şöbəsinin müdürü vəzifəsində çalışan oğlu Seymur Nazarova görə xəstəxanadan işdən azad etmədən, müqavilə bağlayaraq işdə saxlamalarını yazır. Şikayətçi Seymur Nazarovun "KADR islahatları"nı xatırladaraq, anasından fərqli, "65" yaşı tamam olan müəllimləri işdən azad etməsini xatırladır. Yaş senzini öz anasına qarşı tətbiqinin qarşısını aldığı üçün təhsil müdirini qınayır.
Goranboyda MÜƏLLİM HARAYI! "İşsiz qalmışam, təhsil müdirləri də yalan danışır"

Müraciət müəllifi giley-güzarında Gəncə Şəhər Təhsil İdarəsini də hədəfə alır. Sabiq müəllim Gəncə TŞ-nin müdiri Anar Qədimalıyev tərəfindən də aldadıldığını deyir. Neman Eminov hesab edir ki, Anar Qədimalıyev də təyinatından sonra bu şəhərin təhsilini məhf edir.
"Anar Qədimalıyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) bitirib, ixtisasca mühasibdir. Heç bir pedaqoji təhsili və pedaqoji fəaliyyətlə məşğul olmadığı halda belə bir kadrın Gəncə Şəhər Təhsil İdarəsinə rəhbər gətirilməsi maraqlıdır. Yəqin ona görə də bu idarəni şəxsi obyektinə çevirib, şəhər təhsilini müəllim kimi yox lap iqtisadiyyatçı-alverçi üsulları ilə idarə edir.."-deyə şikayətçi iradlar səsləndirir.

Eminovun yazdığına görə, A.Qədimalıyev öz bibisioğlu Röyalı özünün sürücüsü olduğu halda həm də Gəncə şəhər 22 saylı tam orta məktəbinə texniki şöbəyə işə qəbul etdirib. İkinci işə getməyə -getməyə də havayıca əməkhaqqı yazdırır. Röyalın bu məktəbdə görəcəyi işi isə başqaları görməyə məcbur edilir. Bu məsələdə bu məktəbin direktoru, direktorun təsərrüfat işləri üzrə müavini də cinayət edir, vəzifələrindən sui istifadə edirlər.

Sabiq müəllim deyir ki, onu işlə təminat vədilə Anar Qədiməliyev də aldadaraq ələ salıb. Gəncə TŞ-də də iki ali təhsili onun işlə təminatına yardımçı olmayıb.

Şikayətçi sonda hər kəsə haqlı sual edir: "Mən anlamıram, VƏZİFƏLİ ŞƏXS nə qədər cinayət etməlidir ki, həmin vəzifəli şəxsi vəzifəsindən uzaqlaşdırsınlar, etdiyi cinayətə görə əməlinə hüquqi qiymət versinlər. Bu qədər özbaşnalıq olarmı..?"

Redaksiyadan: Goranboy sakininin, müəllim adı daşımış birinin işsiz qalması, diqqətdən kənarda saxlanılması doğrudan üzücüdür. İnanırıq ki, o, tezliklə özünə və təhsilinə uyğun münasib işlə təmin ediləcək.
Demokratik.Az

Tarix: 10-12-2021, 20:48


Bölməyə aid digər xəbərlər